Modern.az

“Qəbələ”dən möhtəşəm qələbə

“Qəbələ”dən möhtəşəm qələbə

Aktual

18 Avqust 2016, 22:52

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, bu mərhələdə mübarizəni davam etdirən “Qəbələ” komandası növbəti oyununa çıxıb. Doğma meydanda komandamızın qonağı Sloveniyanın “Maribor” komandası olub. Oyuna “Qəbələ” daha fəal başlasa da, oyunda hesabı “Maribor” açıb. Belə ki, oyunun 17-ci dəqiqəsində Tavares "Qəbələ"nin qapısına yol tapıb.  Amma 37-ci dəqiqədə Sergey Zenyov “Qəbələ”nin bərabərlik qolunu vurub. İlk hissə bu hesabla da başa çatıb. İkinci hissənin 50-ci dəqiqəsində Baqali Dabo "Qəbələ"nin ikinci qolunu vurub. Bundan 2 dəqiqə sonra Dabo bu oyunda özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Oyun "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə də yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Sloveniyada keçiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı