Modern.az

“Azərbaycanda aclıq və yoxsulluq həddi rəsmiləşdirilməlidir”

“Azərbaycanda aclıq və yoxsulluq həddi rəsmiləşdirilməlidir”

Aktual

1 Noyabr 2016, 14:52

Azərbaycanda minimum əmək haqqının və yaşayış minimumunun müəyyən edilməsi ilə bağlı hüquqi mexanizmlər dəyişdirilməlidir.

 

Modern.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.


O bildirib ki, hazırda Əmək Məcəlləsində minimum əmək haqqının əmək qabiliyyətli əhali üçün təsdiqlənən yaşayış minimumuna bağlılığına dair hər hansı hüquqi müddəa yoxdu:

 

“Amma, məsələn Rusiya Əmək Məcəlləsində göstərilir ki, əmək haqqının minimum səviyyəsi yaşayış minimumundan aşağı müəyyən edilməmələlidir. O başqa məsələ ki, hazırda Rusiya hökuməti praktikada heç də həmişə bu nisbəti qoruya bilmir. Önəmli olan odur ki, hökumətin insanlar qarşısında öhdəliyi var, cəmiyyət bunu tələb eləmək üçün hüquqa malikdir. 

 


Bizdə yalnız “Yaşayış minimumu” haqqında Qanunun 5-ci maddəsində yazılır ki, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin və pensiyaların baza hissəsinin müəyyən edilməsinin əsasını təşkil etməlidir. Mənası odur ki, əmək haqqının aşağı həddi mütləq yaşayışın dəyəri nəzərə alınmaqla müəyyən edilməlidir. Amma bu da hüquqi baxımdan icbari bağlılığı nəzərdə tutmur”.


Bizdə real vəziyyət necədir?

 

R.Ağayev qeyd edib ki, minimum əmək haqqı sonuncu dəfə 2013-cü ilin sentyabrında artırılaraq 105 manat müəyyən edilib:

 

“Həmin vaxt əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat idi - yəni minimum əmək haqqı yaşayış minimumunun 84%-ni təşkil edirdi. 
2016-cı ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 146 manata çatıb - yəni minimum əmək haqqı yaşayış minimumunun 72%-ni təşkil edir. 2017-ci ildə güman ki, büdcə sənədlərinin tərkibində yaşayış minimumu yenidən artırılacaq və bundan sonra minimum əmək haqqı yaşayış minimumunun heç 65%-ni də təşkil etməyəcək.
Yaşayış minimumuna da yanaşma dəyişməlidir: fizioloji və ya ərzaq minimumu (aclıq həddi) və yaşayış yaxud ərzaq+qeyri-ərzaq minimumu (yoxsulluq həddi) rəsmi olaraq ayrıca təsdiqlənməlidir”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür