Modern.az

Xocalıdan bəhs edən kitab  7 dildə çıxdı

Xocalıdan bəhs edən kitab  7 dildə çıxdı

Aktual

21 Fevral 2017, 15:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.

Modern.az-ın məlumatına görə, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib.

    
Kitabın əsas bölümündə  Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırım zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib.

    
Bundan başqa kitabda həmin günlərdə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunan yazılar və xarici jurnalistlərin faciə haqqında fikirləri də yer alıb.

     
Kitabda həmçinin Heydər Əliyev Fondunun və  “Xocalıya ədalət” kampaniyasının  Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə bağlı fəaliyyəti, bununla bağlı dünyanın bir sıra ölkələrində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidələr haqqında da məlumat verilir.

    
İki min nüsxə tirajla buraxılmış kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ölkəmizdə və xaricdə müntəzəm olaraq təşkil edilən beynəlxalq tədbirlərdə, həmçinin ölkəmizdə səfərdə olan xarici ölkələrdən  olan nümayəndə heyətləri ilə keçirilən görüşlər zamanı paylanılacaq.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı