Modern.az

Güclü külək AZAL-ın təyyarələrinə mane olub?..

Güclü külək AZAL-ın təyyarələrinə mane olub?..

31 Mart 2017, 15:45

Güclü külək Heydər Əliyev adına Beynəlxalq Aeroportunda təyyarələrin hərəkətinə mane olmayıb.

Bu haqda Modern.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.


Qurum rəsmisinin sözlərinə görə, təyyarələrin yola salınması və qəbulu cədvələ uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozlaşdırdığı kimi, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enib.



Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir