Arxiv
18 Aprel 2017, 08:46 | QARABAĞ
Şəhid anasının oğluna MƏKTUBU: “Darıxmışam...”

Bu gün İqtisad Universitetinin (UNEC) tələbəsi olmuş şəhid Şamil Rəcəbovun şəhid olmasından 23 il keçir. Şəhidin anası oğluna məktub yazıb. Modern.az saytı şəhid anasının məktubunu təqdim edir.


- Gözümün nuru, bu gün yoxluğunun 23 ilini qeyd edirik...

Bu 23 ildə mənim üçün uşaq idin. İndi, həsrətin boy atıb sən boyda olanda anlayıram nə qədər böyük olduğunu... Sənsizlik belimi bükəndə başa düşürəm nə qədər güclü olduğunu... Sanki indi başa düşürəm ki, mən tək övlad yox, qos-qoca bir OĞUL itirmişəm... Dayağım, arxam, ümidim, OĞUL...

23 ildir səni görməyə eyni yolu gəlirəm... Şəhidlər Xiyabanında yüzlərlə məzar... Hamınız bir boyda, bir biçimdə... Heç adını oxumadan, şəklinə baxmadan ayaqlarım gəlib düz qarşında dayanır... Məni ora çəkib gətirən sehrini duyduqca anlayıram nə qədər əzəmətli olduğunu...

Məzardan mənə küskün baxışlarla baxırsan... Atana dediyin son sözlərini xatırlayıram. 1994-cü ildə, o məşum hadisədən beş gün öncə cəbhəyə, səni görməyə gələn atana “Səndən küsmüşəm, ata! Hamınızdan incimişəm, Ağdamsız necə yaşaya bilirsiniz?” demişdin... Məni bağışla oğul, MƏN SƏNSİZ YAŞADIM...

23 il əvvəl zəng edib dediyin sonuncu sözlərin bu günə qədər də qulağımdadır: “Ana, arada vaxt edib gələcəyəm...”. O vaxtdan GÖZLƏYİRƏM...

Oğul, yaxşı bilirəm ki, bir neçə günlük icazə almışdın, evə gələcəkdin, dostlarına “iki gün də qalım, sonra gedərəm” demisən... Həmin ikinci günü səhər yuxudan qanıqara oyanmısan... “Pis yuxu gördüm” demisən... Yuxunu danışmısan, dostların “ömrün uzanıb” deyərək, yozublar sonuncu yuxunu... “Yox, mən öz yuxumu görmüşəm... Özümə görə narahat deyiləm, onsuz da könüllü döyüşə gələndə hər şeyi gözə almışdım. Amma ata-anamı düşünürəm, necə olacaqlar...? Bir də... Bir də axı hələ Ağdamı azad etməmişik... Bəs MƏNİ HARADA DƏFN EDƏCƏKLƏR...?” demisən...

Ağdamın işğalı ilə barışa bilmirdin... Təhsilini yarımçıq qoyub, könüllü döyüşə yollananda qabağına keçib, “getmə” dedim. Elə təmkinlə, müdrikcəsinə “Ana, yolumun üstünə danışma, qoy gedim!” dedin ki, qorxumdan susdum... Dilim-ağzım qurusun, uşağa bir şey olar dedim... Sonra israrla geri qayıtmanı istədikcə, atan hər dəfə “yurdumuz işğal olunub, bizim oğlumuz da döyüşməsə kim döyüşəcək” dedi...

Oğul, bilirəm ki, son döyüşündə... 1994-cü ilin 18 aprelində ermənilərin qəfil hücumu vaxtı siz postda 25 nəfər olmusunuz... O qanlı döyüşdən cəmi dörd nəfər sağ çıxa bilib... 21 oğulun isə xəbəri gəldi... 21 igidin xəbərinin cəmi bir kəlməyə sığışdırıldığını bilirsənmi? Bu bir kəlmə ilə 21 evin çırağı söndü... 21 ata oğul tabutu üçün yollara çıxdı... 21 ananın gözü yollara dikildi – gəlin gözləyəcəyi vaxtlarında oğul cənazəsi gözləyirdilər, bilirsənmi...? Yolunu düz 43 gün gözlədim oğul, 43 gün... Bilirsənmi...? Səni iyunun 1-də torpağa tapşırdıq...

21 ailədən ancaq bizim evə gəldi o cənazə... bilirsən? O biri 20 döyüşçünün nəşini isə geri vermədilər... Səni mənə göstərmədilər... Atan “özüm baxmışam, Şamildir”, dedi... Həmin o kəlmədən sonra 24 ildə ilk dəfə atanın gözlərində yaş gördüm... Döyüş meydanından 43 gün sonra çıxardılan oğlunun nəşini tanıyan ata körpə uşaq kimi, hönkür-hönkür ağlayırdı... Heç sən körpə olanda belə ağlamamışdın, oğul... Sanki atan sənin də yerinə ağlayırdı... Sualları üst-üstə yağdırırdım: “Balama güllə harasından dəyib...? Necə idi...? Diqqətlə baxdın, yəni doğrudan Şamildir...? Bəlkə sağdır, əsir götürüblər...” Suallarımın heç birinə cavab vermədi... 43 gün savaş meydanında qalan balamın nə halda olduğunu mənə danışmadı... Səni tanımağa gedəndə ikiniz idiniz... Orada gördüklərini sirr kimi özü ilə apardı dünyadan...

Yoxluğu özündən böyük balam! Uca boylum, yaraşıqlım! Gözümün ilki, nakam balam! Bilirsənmi, yoxluğun böyüyüb, evlilik yaşına çatıb... Düz 23 il, səni ilk dəfə qucağıma aldığım o gündən toyunu görməyi arzulamışdım... 23 ildir peşmanam səni tez-tələsik evləndirmədiyim üçün... Bu gün yerində Şamil qoxulu bir balan qalardı... Bilərdim ki, nişanən var...

Bacın, qardaşların böyüyüb, oxuyub, ailə qurdular... Sən isə hələ də tələbəsən... Səni görmək üçün oxuduğun universitetə gələndə həyətdəki qələbəlikdə uşaqların arasından boylanan baxışlarını görüb ayaqlarımı yeyinlədirəm. İzdiham çəkilib mənə yol verir, daşın üzərindən şəklinin mənə baxdığını görürəm...

Oğul, xasiyyətin elə idi ki, gözümdə yaş görmək istəməzdin. Hələ kimsənin yanında ağlamağımı heç özünə sığışdırmazdın. Ona görə də bu 23 ili başımı dik tutmuşam. Sən narahat olmayasan deyə, susmuşam. Göz yaşımı da içimə axıtmışam... Amma indi sənə bir sirr açım – mən ÖLÜMÜNLƏ HEÇ CÜR BARIŞA BİLMİRƏM, oğul...

ÇOX DARIXMIŞAM... Əllərim saçlarını sığallamaq üçün... Qollarım boynuna dolanmaq üçün... Qulaqlarım səsini duymaq üçün darıxıb... Sən bilməzsən oğul, şəhid anasının qolları qurumuş ağac kimidir, illərdir oğluna sarılmır axı...

“Evlən” deyəndə acığın tuturdu – “Ay ana, müharibə, qaçqınlıq, köçkünlük... Evlənmək vaxtıdır?” deyirdin... Amma özümdən asılı deyildi, gözüm dörd bir tərəfdə gəlin axtarırdı... Oğul, bilirsənmi, indi o qızlar... Sənin yaşıdın olan o qadınlar indi Şəhidlər Xiyabanında mənə yaxınlaşıb, “necə dözdün, BİZƏ DƏ ÖYRƏT OĞUL İTKİSİNƏ DÖZMƏYİ” deyirlər...

Necə dözdüm...? Necə dözdük...?

Bir vaxtlar qaynana gözü ilə oğrun-oğrun baxdığım qızların indi qara yaylıqlarının altından çıxan ağ, yumşaq, sığal qollarına baxıram... Yaxşı bilirəm ki, bir azdan bu qollar heç vaxt üstündə yarpaq cücərməyəcək ağac budağı kimi quruyacaq...

...Oğul, biz burada birtəhər dözəcəyik... Siz də orada... oralarda... yaşasaydınız oğlunuz yaşda olan, amma yaşıdınız olan BALALARDAN MUĞAYAT OLUN...


Aminə Rəcəbova
Şəhid Şamil Rəcəbovun anası

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00