Modern.az

Dünyanın ən güclü orduları müəyyənləşib: Azərbaycan Silahlı Qüvvələri 59-cu dur

Dünyanın ən güclü orduları müəyyənləşib: Azərbaycan Silahlı Qüvvələri 59-cu dur

30 Aprel 2017, 15:06

“Dünyanın ən güclü ordusu” reytinqində Azərbaycan Silahlı Qüvvələri 59-cu yeri tutub.

 

 

Modern.az xəbər verir ki, bu barədə məlumat "Global Firepower" təşkilatının elektron səhifəsində qeyd edilib. Belə ki, "Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu təşkilat hesab eolunur. Təşkilatın məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.“Dünyanın ən güclü ordusu” reytinqində 1-ci yeri ABŞ, 2-ci yeri Rusiya, 3-cü yeri isə Çin silahlı qüvvələri tutub. Təşkilatın reytinq sıralamasında Türkiyə 8-ci, İran 20-ci, Gürcüstan 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir