Arxiv
4 Oktyabr 2017, 15:30 | AKTUAL
Ozon adam - Elçin Şıxlının 60 yaşına

Feysbuk Elçin Şıxlının doğum günündən xəbər verir. O, feysbukun dostum elədiyi adamlardandı! Bakıda olanda elə bir dostluğum olmayıb onunla, uzaqdan xətrini istəmişəm sadəcə.

 

Qəribədi, Bakıda dostum olmuş nə qədər adam mən bura gələndən sonra daha dostum olmadılar. Onlar başqa, onlardan danışmıram. Sonradan dostlaşdıqlarımdan danışıram. İndi düşünürəm, onları mənə yaxın edən nədi belə?

 

Deyim!

 

Mənəvi aşınma, maddi yoxsulluq dövrünü yaşayan cəmiyyətlərdə tək-tək adam təsəlli yeri olur. Təsəlli ümidin ölməmək üçün sığındığı ”yer”di, şaxtada adama daldalanacaq verən koma kimi, deyək.

Yolayrıcında çaşbaş qalan, döyüküb baxan, azmaq istəməyənlərə bələdçidi təsəlli adamlar.

 

Bəlkə də belələri bu gün cəmiyyətdə tutduqları, sərgilədikləri mövqeləriylə hansı rolu oynadıqlarını sonacan bilmirlər. Yəqin onların da duruxub qalan, yorulub duran, tərəddüd yaşayan anları olur. Bax, belə vaxtlarda onlara dəyərlərini xatırlatmaq bizim kimilərin borcudu.

 

Elçin atasının Azərbaycan ədəbiyyatına bəxş elədiyi Cahandar ağa yaşındadı bu gün. 60 yaşacan ləyaqətini qoruyub saxlamaq Cahandar ağaların zamanında da çətin idi. Bu gün ondan 60 qat çətindi.

Bir gün ona yazıb rusca ”Озоновые люди” (”Ozon adamlar”) kitabımın redaktoru olmasını xahiş elədim. Redaktə də elədi, hələ üstəlik ”Ön söz” də yazdı. ”Öz söz”də kitabdan bu cümlələri sitat gətirdi: ”İctimai vicdanlı adamlardan formalaşmış ziyalı təbəqə cəmiyyətin ozon qatıdı. Bu qat nə qədər qalındısa, xalqın, cəmiyyətin ictimai azarlara immuniteti bir o qədər güclü olur. Bizimsə “ozon qatımız” süzülüb, dəlmə-deşikdi. Elə “xəstəliklərimizin” səbəbi də budu”.

 

Elçin Şıxlını bax o ”ozon adamlar”dan hesab edirəm. Belə adamlar həm də Vaqif Bayatlı Odər demiş ”sınıq pəncərələrə tutulmuş qəzet”  kimidilər bir növ.

60 yaşın mübarək olsun,  ”ozon adam”!

 

Vahid Qazi

4 oktyabr 2017

Trossö, İsve

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Çin və Rusiya ilə rəqabətini kosmosa daşıyır 2 Dekabr 2021, 00:50 Əfqanıstan-İran sərhədində ATIŞMA 2 Dekabr 2021, 00:33 Bolqarıstan səfirliyindən başsağlığı 2 Dekabr 2021, 00:06 "Omikron" ştammı ABŞ-da 1 Dekabr 2021, 23:37 Türkiyədə koronavirusla bağlı son vəziyyət 1 Dekabr 2021, 23:23 Ombudsman İtaliyadadı 1 Dekabr 2021, 23:12 Qırğızıstan-Tacikistan sərhədində atışma 1 Dekabr 2021, 22:53 Tofiq Yaqublu xəstəxanaya aparıldı 1 Dekabr 2021, 22:46 Fərid Qayıbov medal qazanmış karateçilərlə GÖRÜŞDÜ 1 Dekabr 2021, 22:26 Makron Consonu təlxək adlandırdı 1 Dekabr 2021, 22:16 Bakıda yaşayış evində partlayış 1 Dekabr 2021, 21:56 Türk dünyasında PUA faktoru 1 Dekabr 2021, 21:35 Əməkdar artist əməliyyat olundu 1 Dekabr 2021, 21:22 Nigeriyada gəmi batdı - 29 ölü 1 Dekabr 2021, 21:14 Almaniyada bomba partladı - Yaralılar var 1 Dekabr 2021, 20:46 Laçın aeroportu bölgənin turizm potensialını artıracaq 1 Dekabr 2021, 20:32 ABŞ-da virusdan ölənlərin sayı 780 mini keçdi 1 Dekabr 2021, 20:23 NATO-dan Rusiyaya növbəti xəbərdarlıq 1 Dekabr 2021, 20:12 Meksika səfirliyindən başsağlığı 1 Dekabr 2021, 19:53 Türkiyədən Qarabağa daha bir dəstək 1 Dekabr 2021, 19:37 DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq 1 Dekabr 2021, 19:30 Bu ölkənin ilk dəfə qadın prezidenti olacaq 1 Dekabr 2021, 19:25 ABŞ Yunanıstana hərbi sərmayələrini artırır 1 Dekabr 2021, 19:10 İran parlamentində YANĞIN 1 Dekabr 2021, 19:00 9 min manatı gömrükdən qanunsuz keçirmək istədilər 1 Dekabr 2021, 18:54 Serbiya səfirliyindən başsağlığı 1 Dekabr 2021, 18:48 "Buster" doza vurduranlar 1 milyona ÇATIR 1 Dekabr 2021, 18:42 Sağalanlar yoluxanlardan çoxdur - 28 nəfər öldü 1 Dekabr 2021, 18:36 Yaponiya Səfirliyi də başsağlığı verdi 1 Dekabr 2021, 18:30 Bakıda avtomobildən oğurluq - 10 min 1 Dekabr 2021, 18:24 Bərdədə güclü külək - Binanın damı uçdu 1 Dekabr 2021, 18:18 ABŞ səfiri Tərtərdə - FOTO 1 Dekabr 2021, 18:12 ABB-də cəmi 13%-lə kredit! 1 Dekabr 2021, 18:06 Yaralı zabit qəza anından danışdı: “Helikopter qəfildən yerə çırpıldı 1 Dekabr 2021, 18:03 Ceyhun Bayramov Mirzoyanla İsveçdə görüşəcək 1 Dekabr 2021, 18:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?