Modern.az

AXC-nin 100 illiyi ilə bağlı "Ən yaxşı elmi məruzə" müsabiqəsi keçiriləcək

AXC-nin 100 illiyi ilə bağlı

Aktual

5 Aprel 2018, 10:35

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant və dissertantları arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan "Ən yaxşı elmi məruzə" adlı müsabiqəsi keçiriləcək.


Şuranın sədri, dosent Əfsun Sucayevin Modern.az-a verdiyi məlumata görə, 5 aprel-15 may 2018-ci il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər. Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı