Arxiv
26 Fervral 2019, 08:37 | ÖLKƏ
Polkovnik: “O, təkidlə mənə “Xocalıda 2 nəfərin öldüyünü yazın” dedi” - Bir xəbərin REZONANSI  

1992-ci il  fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bu gün  27-ci ildönümü qeyd olunur.  Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb.

 

Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.

O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi. 

Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi. 

Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb.

Bəzi şəxslər “Xocalıda 2 nəfər qətlə yetirilib” xəbərinə görə o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun birbaşa iştirakını iddia edir. Bəs əslində bu xəbərin ilkin mənbəyi kim olmuşdu?

Modern.az saytı ötən günlərdə “Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR" başlıqlı yazıda bu məsələyə qismən aydınlıq gətirmişdi. 


Həmin vaxt Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş növbəti müsahibimiz olay barədə daha detallı danışıb.

Daxili xidmət polkovniki, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət  Xudiyev Modern.az-a açıqlamasında həmin dövrdə verilmiş “Xocalıda cəmi 2 nəfər ölüb” xəbərinin necə yayılmasına belə aydınlıq gətirib:

“Xocalı soyqırımı ərəfəsində mən DİN-in mətbu orqanı olan "Mübariz keşikdə" qəzetinin nəşrinin dayandırılması ilə əlaqədar redaktor vəzifəsindən azad edilərək,  Daxili İşlər Nazirliyinin Mətbuat xidməti rəisinin müavini postuna təyin olunmuşdum. Sözügedən qəzetin nəşrinin dayandırılmasının əleyhinə olduğumdan nazir Tofiq Kərimovun mətbuat işlərini həvalə etdiyi sabiq DTK əməkdaşı Əsildar Hüseynov tərəfindən sonuncu vəzifəmin də icrasından kənarlaşdırılmışdım.

Əsildar Hüseynov Xocalı hadisəsindən sonra gözlənilməyən bir mehribançılıqla məni  xidməti otağına dəvət etdi. Mən həmin günü Ağdamdan qayıtmışdım. "Biz sizinlə işləyəcəyik" kimi aldadıcı manevrlər edərək mətləbə keçdi -  mənə Xocalıda 2 nəfərin ölümü ilə bağlı məlumat hazırlamağımı, imzalamağımı və müvafiq qurumlara ötürülməsini tapşırdı. Mən Əsildar Hüseynova - sabiq DTK polkovnikinə - Ağdamdan gəldiyimi və ora  Xocalıda həlak olan onlarla adamın meyitinin yük maşınlarında gətirildiyini, saysız-hesabsız olduğunu bildirdim. O təkidlə "hələ ki 2 nəfərin öldüyünü  yazın" - dedi. Mən ona qətiyyətlə "bunu yazmayacağam" dedikdə, o rus dilində məni "uvolit" etməklə hədələdi, növbəti dəfə otağından qovdu. Sonra isə onun özü də bu müdhiş yalana imza atmadı və Xocalıda iki nəfərin ölümü haqqında xəbər səhv etmirəmsə nazir Tofiq Kərimov tərəfindən imzalandı”.

 


Hikmət Xudiyev Xocalı soyqırımı zamanı müdafiə naziri olan Tahir Əliyevin saytımıza dediklərinə də aydınlıq gətirib.

“Sonrakı daxili işlər naziri Tahir Əliyevin mövqeyinə gəldikdə isə ədalət naminə, onun milli məfkurədən uzaq Əsildar Hüseynovun DİN-dən uzaqlaşdırılmasına çevik mövqeyi təqdirəlayiqdir. Nazir postuna gəldiyi elə ilk günlərdə Tahir Əliyev "Xocalıda 2 nəfərin ölümü" barədəki rəsmi məlumata, həmçinin özünəməxsus  ənənələri olan, 1933-cü ildən nəşr edilən "Mübariz keşikdə" qəzetinin bağlanmasına prinsipial, qətiyyətli və ədalətli mövqe nümayiş etdirdi. DİN-in tarixində çox da təkrarı olmayan hadisə baş verdi. Nazirin otağında özünə bəraət verməyə çalışan Əsildar Hüseynov "yeni şefini" aldada bilmədi. Tahir Əliyev elə həmin otağa çağırılan kadr aparatı əməkdaşının hazırladığı əmri imzalayaraq,  Əsildar Hüseynovu vəzifəsindən azad, daxili işlər orqanlarından xaric etdi. Tahir Əliyevin başqa bir əmri ilə bu gün də işıq üzü görən "Mübariz keşikdə" qəzetinin nəşri bərpa olundu. Və nəhayət etnik təmizləmə və soyqırımına əsl siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi, 1994-cü ildə Azərbaycan parlamentinin 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul  edildi”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47