Arxiv
16 May 2019, 17:34 | AKTUAL
Oqtay Əsədov: “Çexiya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir"

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, spiker qonaqları salamlayaraq bu səfərin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə inamını söyləyib.

 

O qeyd edib ki, Çexiya Azərbaycan üçün dost və əhəmiyyətli tərəfdaşdır: "Biz Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm veririk. Ölkələrimiz arasında hələ sovetlər dönəmində mədəniyyət, təhsil, elm sahələrində sıx əlaqələr qurulub. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə başçılarımız əhəmiyyətli rol oynayıblar. Belə ki, 2015-ci ildə Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana səfəri zamanı ölkələrimiz arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif dövrlərdə Çexiyada səfərlərdə olub. Siyasi əlaqələrimiz təqdirəlayiqdir. İndiyədək ölkələrimiz arasında 29 sənəd imzalanıb, 12 sənəd isə baxılmaqdadır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 50 milyon ABŞ dolları səviyyəsində olub. Biz gələcəkdə bu göstəricini yüksəltmək istəyirik". 

 

O.Əsədov bildirib ki, bu gün Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi məhz Azərbaycanın payına düşür: "Belə hesab edirik ki, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti əlaqələrimizin gələcəkdə daha da inkişafına müsbət təsir göstərəcək. Bu mənada qarşılıqlı biznes forumların da rolu danılmazdır. Hazırda Azərbaycanda müxtəlif sahələr üzrə 26 çex kapitallı şirkətlər fəaliyyət göstərir. Çexiyanın idxal etdiyi neftin 30 faizindən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Qlobal miqyaslı mövcud neft və qaz kəmərləri və reallaşmaqda olan layihələr bunun bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi ilə Azərbaycan Qədim İpək Yolunu dəmir relslər üzərinə keçirmiş oldu. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərimizin rolu böyükdür. Bu sahədə münasibətlərimiz günü-gündən genişlənir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti bunun əyani sübutudur".

 

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr 2013-cü ilin fevralında Çexiya Deputatlar Palatasının Xarici əlaqələr komitəsi tərəfindən Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərara görə həmkarına minnətdarlığını ifadə edib.

 

O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır.

 

Səmimi qəbul üçün minnətdarlığını bildirən Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçek ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Onun sözlərinə görə, Çexiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir: "Azərbaycanın neft və qaz ixracı sahəsində əldə etdiyi nailiyyətlərdən bizə də pay düşür. İqtisadi sahədə münasibətlərimizi daha da dərinləşdirmək üçün qarşılıqlı biznes forumların əhəmiyyəti danılmazdır. Çexiya Azərbaycana 1,3 milyard ABŞ dollarından çox investisiya qoyub. Bu ölkəmizin Azərbaycan iqtisadiyyatına olan marağından xəbər verir".

 

Çexiya Parlamentinin Spikeri qanunverici orqanlar səviyyəsində əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Bu sahədə dostluq qruplarının fəaliyyətini təqdir edib. O bildirib ki, Çexiya Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. 

Çexiyalı Spiker Dağlıq Qarabağ məsələsi ilə əlaqədar deyib ki, onun ölkəsi bu problemə həmişə böyük həssaslıqla yanaşıb və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. 

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Sahibə Qafarova, Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert və digər rəsmi şəxslər iştirak ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxan şəxs Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gədib 27 Fevral 2020, 00:58 Arvadının hədiyyəsi ərini milyonçu etdi 27 Fevral 2020, 00:41 Göyçayda 6 otaqlı ev yandı 27 Fevral 2020, 00:31 Pakistanda da koronavirusa ilk yoluxma qeydə alındı 27 Fevral 2020, 00:12 Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır 26 Fevral 2020, 23:53 Rusiya vətəndaşlarını İran, Koreya və İtaliyaya getməməyə çağırdı 26 Fevral 2020, 23:42 Gürcüstan İranla bütün gediş-gəlişi dayandırıb 26 Fevral 2020, 23:23 Avropa Liqasında ilk 1/8 finalçı məlum olub 26 Fevral 2020, 23:08 Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45