Arxiv
25 May 2019, 14:20 | AKTUAL
İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

 

Məqsəd Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.6-cı bəndinə uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından effektiv istifadə məsələlərinin müzakirə edilməsi olub.

 

 Görüşdə qeyri-formal məşğul əhalinin formal məşğulluğa keçidində icbari tibbi sığortanın rolu və əhəmiyyətindən bəhs olunub. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq təcrübədən istifadə edilməklə qanunvericilik aktlarına dəyişikliklər layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb. Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin rəhbəri  Elnur Süleymanov ölkədə qeyri-formal məşğulluqla mübarizə ilə bağlı görülmüş işlərin müsbət nəticələrini qeyd edib. O, 2020-ci ildən respublikada tətbiq ediləcək icbari tibbi sığortanın formal məşğulluğun təşviqində mühüm rol oynayacağını bildirib. Aparılan uğurlu siyasət və islahatlar nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının mütəmadi artdığını vurğulayan E.Süleymanov icbari tibbi sığortanın tətbiqinin də bu artıma öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb.

 

Agentliyin nümayəndələri qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə məqsədilə görüləcək tədbirlərin effektli təşkili baxımından iki qurum arasında fəal əməkdaşlığın önəmini qeyd ediblər. Hər iki qurumun elektron informasiya sistemlərinin inteqrasiya edilməsi üzrə işlərin aparıldığı da bildirilib.

Görüşdə qeyri-formal məşğulluqla mübarizədə birgə tədbirlərin görülməsinə, o cümlədən qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən daha səmərəli istifadə edilməsi ilə bağlı qarşılıqlı məlumat mübadiləsinin aparılmasına dair razılıq ifadə edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01