Arxiv
12 İyun 2019, 17:01 | AKTUAL
Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağa Gəncənin tarixindən söz açıb, mədəni, sənaye və iqtisadi potensialından danışıb. 

 

O bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri titulunu dayışır. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib. Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu səfirin diqqətinə çatdırıb. O, burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərdiyini vurğulayıb, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisinin davam edildiyini bildirib. Niyazi Bayramov Gəncə Avtomobil Zavodunda istehsal olunan Elektrobusların da yaxın zamanlarda istifadəyə veriləcəyini qeyd edib.

 

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Niyazi Bayramovu salamlayaraq isti münasibətə görə öz təşəkkürünü bildirib. 

 

Gəncəyə  ikinci dəfədir ki, səfər etdiyini vurğulayan səfir, əsas məqsədinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib. Rodriqo Labardini  Meksikanın Toluka-de-Lerdo  şəhəri ilə Gəncə arasında “qardaş şəhər” münasibətlərinin qurula biləcəyini söyləyib. “Qardaşlıq üçün bu şəhərin seçilməsinin əsas səbəbi isə Gəncə ilə Toluka-de-Lerdonun bir-birinə bənzəməsidir. Belə ki, hər iki şəhər yüksək sənaye potensialına malikdir”, - deyə  Rodriqo Labardini  qeyd edib.

 

Görüşdə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar da müzakirə olunub. Rodriqo Labardini Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən Gəncədə sərgi və konsertlərin təşkilinin mümkünlüyündən danışıb. Görüş zamanı Gəncədə Meksikanın məşhur piano ifaçısı Hesus Lepenin konsert proqramının, habelə  meksikalı rəssam və fotqrafların əl işlərinin nümayiş olunduğu sərginin keçirilməsi üçün razılığa gəlinib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirməmməd Hüseynov rəhmətə gedib 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06 Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!   24 İyun 2019, 18:02 Almaniyadakı iş adamı təkzib istəyir - “Yoxsa məhkəməyə verəcəm! 24 İyun 2019, 18:00 Ərdoğan 25 illik “eşqini” itirdi 24 İyun 2019, 18:00 Gürcüstanda aksiyaçıları döyən 10 polis işdən kənarlaşdırılıb 24 İyun 2019, 17:35 Azərbaycan-Fransız Universitetinin 10 tələbəsi ilk 100-lükdə 24 İyun 2019, 17:29 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov 24 İyun 2019, 17:20 “İrəli” gəncləri  Azərbaycanı beynəlxalq layihədə təmsil etdi 24 İyun 2019, 17:15 Almaniyada 2 qırıcı təyyarə toqqşudu 24 İyun 2019, 17:13 Manat və dolların sabahkı məzənnəsi 24 İyun 2019, 17:10 Bakıda iki küçədə tıxac yaranıb - AÇIQLAMA 24 İyun 2019, 17:06 Ağdaşın içməli su təchizatı yaxşılaşdırılır 24 İyun 2019, 17:04 Dilqəmlə Şahbazın işində yeni XƏBƏR 24 İyun 2019, 17:01 Polis mal-qara oğrularını tutdu 24 İyun 2019, 16:50 İƏT Gənclər Forumu xüsusi sessiya keçirib 24 İyun 2019, 16:37 “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB 24 İyun 2019, 16:35 Rusiyanın Ermənistandakı qoşunu döyüşə hazır vəziyyətə gətirildi 24 İyun 2019, 16:32 Azərbaycanda Cənubi Karolina Universitetinin diplomunu almaq mümkün olacaq 24 İyun 2019, 16:22 “Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz” 24 İyun 2019, 16:19 Ermənistanda 60 tələbə və müəllim təxliyə olundu 24 İyun 2019, 16:12 İstanbul seçkiləri: Türkiyə yeni mübarizə dönəmində 24 İyun 2019, 16:11 Azay Quliyev QHT layihələrinin maliyyələşdirilməmə səbəblərini bəyan etdi 24 İyun 2019, 16:06 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı 24 İyun 2019, 15:42 İstanbul meri uğrunda səslərin 100%- i hesablandı 24 İyun 2019, 15:39 Çingiz Qənizadə:Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil” 24 İyun 2019, 15:32 Azərbaycanda saytlara girişdə problem yarandı – Nazirlikdən AÇIQLAMA 24 İyun 2019, 15:31