Modern.az

İcra başçısı Səfikürd sakinlərinin problemlərini dinlədi

İcra başçısı Səfikürd sakinlərinin problemlərini dinlədi

Aktual

13 İyun 2019, 16:44

 

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfikürd kəndində səyyar qəbul keçirdi.

 

Modern.az xəbər verir ki,  Məhərrəm Quliyev hər həftə rayonun müxtəlif  yaşayış məntəqələrinin əhalisi ilə görüşür, onların problemlərini yerində öyrənir, həlli istiqamətində tədbirlər müəyyənləşdirilir. Keçirilmiş qəbullarda əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunması məqsədilə qrafikə uyğun olaraq, 13 iyun 2019-cu il tarixdə icra başçısı rayonun Səfikürd kəndində səyyar görüş keçirdi.  Kənd sakinləri əsasən icra başçısından kənddə elektrik dirəklərinin yenilənməsi, əkin və həyətyanı sahələrin suvarılması üçün suvarma suyunun çatışmaması, məktəbin istilik sisiteminin yenilənməsini, Səfikürd Naftalan avtomobil yolunun təmiri ilə bağlı xahiş ediblər.


İcra başçısı tərəfindən dinlənilmiş müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə nəzarətə götürülən və müraciətlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!