Modern.az

DİM-dən xəbərdarlıq: “Ötənilki keçid balları ilə ixtisas seçimi etməyin”

DİM-dən xəbərdarlıq: “Ötənilki keçid balları ilə ixtisas seçimi etməyin”

Təhsil

7 İyul 2019, 10:53

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, ötən illərdə formalaşmış keçid ballarına istinad etməməlidirlər.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildiriblər.

 

Məlumatda qeyd olunur ki, hər il “Abituriyent” jurnalının xüsusi buraxılışında kolleclərin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib.

 

Lakin bu il qəbul imtahanı qaydaları və qiymətləndirmə şkalası (300 bal) əvvəlki illərdən fərqli olduğu üçün ayrıca keçid balları jurnalının dərc olunması nəzərdə tutulmur. Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, ötən illərdə formalaşmış keçid ballarına istinad etməməlidirlər.

 

Abituriyentlərin bilikləri bu il 300 ballıq şkala ilə qiymətləndirilir. Hər hansı bir ixtisas üzrə ötənilki keçid balı bu il ixtisas seçimi zamanı istiqamət götürməkdə oriyentir rolunu oynamır və abituriyentər bunu nəzərə almalıdırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür