Modern.az

ABŞ-ın neft ehtiyatı 9,5 milyon barrel azalıb

ABŞ-ın neft ehtiyatı 9,5 milyon barrel azalıb

11 İyul 2019, 00:22

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 9,5 milyon barrel azalaraq 5 iyul tarixinə 458,99 milyon barrelə çatıb.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, analitiklər ehtiyatların 2,9 milyon barrel azalmasını gözləyirdi.

Londondakı ICE birjasında 2019-cu ilin sentyabr ayında Brent markalı neftin tədarükünə dair fyuçerslərinin kotirovkaları 66,06 dollara qədər yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır