Modern.az

Bu gün sosial evlərin ödənişi başlanılır

Bu gün sosial evlərin ödənişi başlanılır

12 İyul 2019, 10:35

Bu gün saat 11-00-dan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı başlayır. Satışlar 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.

 

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 253 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 27.12.2016-cı il tarixli 23089 nömrəli, 06.01.2017-ci il tarixli 23126 nömrəli, 30.01.2017-ci il tarixli 23206 nömrəli və 31.01.2017-ci il tarixli 23210 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.

Bina №

Binanın yerləşdiyi torpaq

sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin

otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili

Mənzillərin
daxili
perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici
perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və

təmir işlərinin

başaçatma tarixi

6

687,45

9

2

1

2

33,10

40,52

"Hünər-İnşaat" Firması / Bakı şəhəri,

Xətai rayonu, Gəncə prospekti,

ev 97, mənzil 63

1 sentyabr 2018-ci il

7

665,36

9

2

2

1

54,98

66,92

8

645,25

9

2

2

3

52,27-55,02

62,66-66,91

9

441,56

12

1

1

2

31,53-32,88

40,12

3

2

69,80-70,09

84,47

10

441,56

12

1

1

11

31,52-33,08

40,12

"Group" MMC / Bakı şəhəri,

Nəsimi rayonu, Abbas Səhhət

küçəsi, ev 73

10 oktyabr 2018-ci il

2

22

56,87-57,79

70,44

3

22

68,86-70,46

84,47

11

665,32

9

2

1

8

33,10-33,37

40,52

2

48

50,16-55,14

60,10-66,91

3

8

69,47-69,73

84,47

12

441,56

12

1

1

12

31,50-33,01

40,12

"SMT İnşaat" MMC, Bakı şəhəri,

Yasamal rayonu, Cəfər Cabbarlı

küçəsi, ev 44

1 aprel 2019-cu il

2

24

56,85-57,87

70,44

3

24

69,80-70,46

84,47

13

665,32

9

2

1

8

33,10-33,37

40,52

2

48

50,16-55,14

60,10-66,91

3

8

69,47-69,73

84,47

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.

 

Otaqların sayı

Mənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Mənzilin öz vəsaiti hesabına ödəniş üsulu ilə

(əlavə endirimdən sonra) satış qiyməti

(manat)

1

29 925 

2 993

26 932

2

47 652 

4 765

42 887

3

65 417 

6 542

58 875

 

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulduğuna görə mənzil əldə edən vətəndaş satış qiymətinə əlavə 10% endirim əldə edəcək. Mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

 

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər haqqında məlumatla tanış olmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür. 

 

Satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

6 saylı binada satışa çıxarılan mənzillər

7 saylı binada satışa çıxarılan mənzillər

8 saylı binada satışa çıxarılan mənzillər

9 saylı binada satışa çıxarılan mənzillər

10 saylı binada satışa çıxarılan mənzillər

11 saylı binada satışa çıxarılan mənzillər

12 saylı binada satışa çıxarılan mənzillər

13 saylı binada satışa çıxarılan mənzillər

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı