Arxiv
16 İyul 2019, 13:55 | AKTUAL
Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı

ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT Baş katibinin birinci müavini xanım Amina Mohammedlə görüşüb.


Nazirlər Kabinetindən Modern.az-a bildirlib ki, görüşdə Baş Nazirin müavini qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən, habelə beynəlxalq tərəfdaşlığa əhəmiyyət verən ölkə olaraq Azərbaycanın qarşıdakı illərdə də bu cür əməkdaşlıq əlaqələrinin yaradılmasını və möhkəmləndirilməsini əsas prioritet kimi müəyyənləşdirdiyini bildirib. 1992-ci ildə BMT-yə üzv olduqdan sonra təşkilatın müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını diqqətə çatdıran Baş nazirin müavini ölkəmizin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyə qoşulması ilə BMT ilə əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb. O, Azərbaycan Respublikasının Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı təcrübəyə istinad edərək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda Gündəliyə bir qlobal inkişaf proqramı kimi geniş maraq var və bütün tərəfdaşlar DİM-lərin ölkə üçün uyğunluğunu qəbul edirlər. Bütün dövlət qurumları DİM-lərin öz fəaliyyət istiqamətlərinə inteqrasiya olunmasına dəstək göstərməyə hazırdır. Bu baxımdan hökumət milli prioritetlərə uyğunlaşdırılmış DİM-lərə nail olunması üzrə əlaqələndirici qismində çıxış etməklə, bütün maraqlı tərəfdaşların Gündəliyin səmərəli icrasına yönəldilmiş təşəbbüslərinə əhatəli dəstəyi təmin edəcək. Eyni zamanda, yeni Azərbaycan 2030 strategiyasının hazırlanması və DİM-lərin bu strategiyaya inteqrasiyası nəzərdə tutulub.


Görüşdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü, bütün bunların ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında çətinliklər yaratdığı diqqətə çatdırılıb. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyi vurğulanıb.


Xanım Amina Mohammed Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün yüksək səviyyəli Milli Əlaqələndirmə qurumunun yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunmasını yüksək qiymətləndirib. O, DİM-lərin ümumilikdə icrası istiqamətində ölkə tərəfindən atılan addımların təqdirəlayiq olduğunu söyləyib. Dayanıqlı inkişafa nail olunmasında sülh və sülhpərvər institutların yaradılmasının əhəmiyyətini vurğulayan Baş katibin müavini Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.


Baş Nazirin müavini Əli Əhmədov 2020-ci ildə keçirilməsi planlaşdırılan Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda iştirak etmək üçün Baş katibin müavinini Bakıya səfərə dəvət edib. Dəvət xanım Amina Mohammed tərəfindən müsbət qarşılanaraq təsdiq edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42 Deputat: “XVIII Zirvə Görüşü ölkəmizə mühüm dividentlər gətirəcək”   23 Oktyabr 2019, 17:34 Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub” 23 Oktyabr 2019, 17:22 Elmar Məmmədyarov Məhəmməd Cavad Zərif ilə görüşdü 23 Oktyabr 2019, 17:15 Ramiz Mehdiyev AMEA prezidenti oldu - SƏRƏNCAM 23 Oktyabr 2019, 17:15 Təhsildə inqilab edən strategiya 6 yaşında: “Xeyli məqsədlərə çatılıb”  23 Oktyabr 2019, 17:11 Saxta yuyucu vasitələr istehsal edən sexlər aşkarlanıb     23 Oktyabr 2019, 17:07 AMEA-nın prezidentliyinə Ramiz Mehdiyevin namizədliyi təklif  edildi - YENİLƏNİB 23 Oktyabr 2019, 17:06 İlham Əliyev Lyudmila Duxovnayanı “Şöhrət” ordeni ilə təltif etdi 23 Oktyabr 2019, 17:04 Türkiyə Suriyada əməliyyatları dayandırdı 23 Oktyabr 2019, 17:00 Rövşən Rzayev İsveçrə səfiri ilə görüşdü 23 Oktyabr 2019, 16:56 Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük ETİMADDIR 23 Oktyabr 2019, 16:47 Prezident Akif Əlizadəyə də orden verdi 23 Oktyabr 2019, 16:46 Ölkə başçısı vəzifədən gedən Ramiz Mehdiyevi qəbul etdi - FOTOLAR 23 Oktyabr 2019, 16:42 Mərkəzi Seçki Komissiyasının yeni sədr müavini seçilib 23 Oktyabr 2019, 16:23 Prezident Ramiz Mehdiyevə yeni vəzifə verdi 23 Oktyabr 2019, 16:20 Prezidentdən Ramiz Mehdiyevlə bağlı daha bir SƏRƏNCAM 23 Oktyabr 2019, 16:19 Ramiz Mehdiyev vəzifəsindən AZAD EDİLDİ 23 Oktyabr 2019, 16:14 “Tək Akif Əlizadə ilə siyahı yekunlaşmayacaq” - Deputatlardan Prezidentin çağırışına DƏSTƏK 23 Oktyabr 2019, 15:59 İcbari Tibbi Sığortanın tətbiqi 2021-ə qalır? 23 Oktyabr 2019, 15:52 Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb 23 Oktyabr 2019, 15:29 Prezident üç qurumu - 1 nazirliyi, 1 komitəni və 1 agentliyi LƏĞV ETDİ 23 Oktyabr 2019, 15:13 Yeni İqtisadiyyat nazirinin DOSYESİ 23 Oktyabr 2019, 15:05 Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edildi, yeni posta APARILDI 23 Oktyabr 2019, 14:55 67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə CAVAB VERDİ 23 Oktyabr 2019, 14:53 Türkiyə “Barış Pınarı” əməliyyatını DAYANDIRDI 23 Oktyabr 2019, 14:50 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir   23 Oktyabr 2019, 14:44 Türk Dövlətləri Birliyinə doğru daha bir addım - Deputat YAZIR 23 Oktyabr 2019, 14:39 AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  23 Oktyabr 2019, 14:30 “9 ayda 90 minə yaxın əmək müqaviləsi qeydə alınıb” - Vergilər Nazirliyi 23 Oktyabr 2019, 14:29 Milli Elmlər Akademiyasının gəlmiş-getmiş PREZİDENTLƏRİ 23 Oktyabr 2019, 14:23 ASCO yüksək bal toplayan tələbələrə əlavə TƏQAÜD verəcək 23 Oktyabr 2019, 14:11 Bakıdakı “güzəştli mənzil”lər uğrunda 3807 nəfər mübarizə aparıb 23 Oktyabr 2019, 13:30 Soçi ANLAŞMASI: “Rusiya Türkiyənin narahatlığını anladı” 23 Oktyabr 2019, 13:27 Rusiya-Türkiyə protokolu: Proses 150 saat içində tamamlanacaq 23 Oktyabr 2019, 13:12