Modern.az

“Instagram”da yenidən problem yaranıb  

“Instagram”da yenidən problem yaranıb  

17 İyul 2019, 00:44

"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Modern.az  xəbər verir ki, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı məlumat yayıb.

Məlumata əsasən, problemlər dünən axşam saat 22:00-da başlayıb. "Instagram" istifadəçiləri qeyd ediblər ki, onlarda xəbərlər lenti yüklənmir.

Sosial şəbəkənin işindən daha çox ABŞ, Almaniya və Fransada yaşayan istifadəçilər şikayətləniblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?