Modern.az

Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi

Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi

Aktual

24 İyul 2019, 08:55

ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə Rusiyadan S-400 raket sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib.

 

Modern.az bildirir ki,bununla bağlı Ağ Ev məlumat yayıb.

 

Bildirilib ki, bu görüş Rusiyadan raket kompleksləri alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub. 

 

Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb.

 

Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!