Arxiv
9 Sentyabr 2019, 16:28 | AKTUAL
Sahibkar Gömrük İdarəsinin qarşısında özünü yandırıb? - Dövlət Komitəsi aydınlıq gətirdi


“Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Mədət Quluzadə adlı sahibkarın  guya gömrük orqanlarında qarşılaşdığı haqsızlıqlara etiraz olaraq Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırması, Komitə rəhbərliyinin məhz bu məsələ ilə bağlı dərhal hadisə yerinə gəlməsi barədə həqiqətdən uzaq, şəxsi təxəyyülün “məhsulu” olan uydurma məlumatlar yayımlanıb. Dövlət Gömrük Komitəsi bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib”. 


Modern.az xəbər verir ki,  bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilib. 

    
Rəsmi məlumatda bildirilib ki, sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.

   
Komitə sədri, eyni zamanda  sahibkarlarla da görüşüb, onların gömrük işinin təşkilinə dair fikir və təkliflərini dinləyib. Həmin əsnada Mədət Quluzadə adlı şəxs də Dövlət Gömrük Komitəsinin sədrinə yaxınlaşıb və onun da müraciətini dinləyən Komitə sədri Səfər Mehdiyev Mədət Quluzadəyə qanunvericiliyin tələblərini izah edib və bu tələblərə əməl etməyin vacibliyini diqqətə çatdırıb. 

    
“Konkret olaraq Mədət Quluzadə adlı sahibkarın gömrüklə bağlı narazılığına gəlincə bildiririk ki, “Ulduz Elektron” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Quluzadə Mədət Pənah oğlunun Dövlət Gömrük Komitəsinə qarşı mətbuatda irəli sürdüyü ittihamlar həmin hüquqi şəxsin ünvanına 10.03.2013-cü il tarixdə İran İslam Respublikasından göndərilən yüklərin müşayiət sənədlərində çatışmazlıqlar aşkar olunduğundan gömrük orqanları tərəfindən saxlanılmış malların təhvil verilməsi tələbinə dair  iddianın təmin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlıdır.

Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin hüquqi varisinin müəyyən edilməsi barədə Dövlət Gömrük Komitəsinə sorğu daxil olub. Dövlət Gömrük Komitəsinin 08.08.2019-cu il tarixli  məktubu ilə sorğuya cavab verilib və sorğuda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Strukturu”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2018-ci il tarixli 201 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə 2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən struktur islahatların aparılması, Astara Gömrük İdarəsinin və digər gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsinin təşkil edilməsi və Astara gömrük postunun yeni yaradılmış Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində struktur bölmə olmaqla Astara Gömrük İdarəsinin hüquqi varisi hesab edilməməsi qeyd olunub.

    
Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Astara Gömrük İdarəsinin hüquqi varisi müəyyən edildikdən və bu barədə Dövlət Gömrük Komitəsinə müvafiq icra sənədi daxil olduqdan sonra sözügedən məhkəmə qərarının icrası istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görüləcək və bu haqda Mədət Quluzadəyə ətraflı məlumat verilib.

Vətəndaş tərəfindən qaldırılan ikinci məsələyə gəlincə isə qeyd edək ki, “Ulduz-Elektron” MMC tərəfindən İran İslam Respublikasından altı yük nəqliyyat vasitəsi ilə idxal olunan 150790 kiloqram çəkidə, gömrük dəyəri 36960.50 manat təşkil edən 8462 m2 ölçüdə “Sorena” markalı keramik plitələr (kafel) yükünə dair 27.08.2019-cu il tarixdə 01191000241511 nömrəli gömrük bəyannaməsi təqdim olunub. Bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı idxal olunan yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun bəyannaməçi tərəfindən düzgün bəyan olunmaması aşkar edilib.


“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ölkə ərazisinə idxal olunan keramik plitələr 69-cu mal qrupunda təsnifləşdirilərək hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilir.

 
Lakin, “Ulduz-Elektron” MMC tərəfindən idxal olunan yuxarıda göstərilən 8462 m2 ölçüdə keramik plitələr yükü xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə 69-cu mal qrupunda bəyan olunmaqla hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilməli olduğu halda, 6815 99 0000 mal kodu ilə “daşdan və ya digər mineral maddələrdən məmulatlar” kimi bəyan olunub. Bununla da “Ulduz-Elektron” MMC tərəfindən 28405,54 manat məbləğində gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi aşkarlanıb. Onu da qeyd edək ki, kafel, metlax məhsulları beynəlxalq normalara uyğun olaraq bütün dünyada 69 mal qrupu altında kodlaşdırılıb.

     Bununla yanaşı, Azərbaycan Respublikasına idxal olunan və ya respublika ərazisindən tranzit keçən eyni adda yüklərin sənədləri eyniləşdirilərkən müəyyən olunub ki, “Sorena” markalı keramik plitələr hər bir halda XİFMN-nin 69-cu qrupu üzrə keramik məmulatlara aid edilərək müvafiq qaydada rəsmiləşdirilib. Eyni zamanda, Komitənin məlumat bazasına əsasən digər idxalatçılar tərəfindən ölkə ərazisinə idxal olunan keramik plitələrin vətəndaş Mədət Quluzadənin iddia etdiyi kimi 6815 99 0000 kodu altında bəyan olunması faktı aşkarlanmayıb.

    
Yuxarıda qeyd olunanlar vətəndaş Quluzadə Mədət Pənah oğluna Bakı Baş Gömrük İdarəsi tərəfindən ətraflı şəkildə izah edilib, hətta yükü daşıyan avtonəqliyyat vasitələrinin boş dayanmasından yarana biləcək zərərin qarşısının alınması məqsədilə malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmin olunub. Lakin hər dəfə adıçəkilən vətəndaş müraciəti zamanı gömrük əməkdaşları ilə  kobud rəftar edib, qeyri-etik davranışlar nümayiş etdirib, malın fərqli üsulla istehsal olunmasını iddia edərək yükün keramik plitə kimi deyil, məhz daşdan və ya digər mineral maddələrdən məmulat kimi rəsmiləşdirilməsini israrla tələb edib. Vətəndaşın iddiasından da anlaşılan budur ki, onun əsas məqsədi qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərindən yayınmaq və daxili bazarda bu kimi malların ticarətində azad rəqabət mühitini pozmaqdır.

   
Lakin yenə də bəzi dairələr və onların yönləndirdiyi media qurumları qarşı tərəfin rəsmi mövqeyini öyrənmədən Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı bilərəkdən yalan məlumat yaymaqla gömrük orqanları haqqında mənfi rəy formalaşdırmağa çalışırlar.

Aşağıdakı foto şəkillərə baxıb siz qərar verin. Bu kafeldir, yoxsa daşdan və ya digər mineral maddələrdən hazırlanmış məmulat?”,- Dövlət Gömrük Komitəsi bildirib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:07 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02 Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib 23 Fevral 2020, 15:46 Magistraturaya qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 23 Fevral 2020, 15:35 Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar... 23 Fevral 2020, 15:30 Berlində soydaşlarımızla görüş olub – FOTOLAR 23 Fevral 2020, 15:04 Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı 23 Fevral 2020, 14:43 Türkiyədə zəlzələdə ölü sayı 8-ə çatdı 23 Fevral 2020, 14:31 XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI 23 Fevral 2020, 14:16 Baş redaktor 29 yaşında həyatını itirdi 23 Fevral 2020, 14:00 Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi özünü asdı 23 Fevral 2020, 13:39 Bakıda sabah 11 dərəcə isti olacaq 23 Fevral 2020, 13:23 İsrailin Çindəki səfiri karantinǝ alındı 23 Fevral 2020, 13:14 İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 7 ölü, 5 yaralı 23 Fevral 2020, 13:02 Messidən inanılmaz rekord - 1000+ qol 23 Fevral 2020, 12:43 Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş FACİƏ 23 Fevral 2020, 12:24 Bu gün magistraturaya qəbul imtahanı keçirilir 23 Fevral 2020, 12:00 “Yarımçıq qalmış oyun” – VIII səhnəli PYES 23 Fevral 2020, 11:47