Modern.az

Metronun “Xətai\" stansiyası açıldı

Metronun “Xətai\

12 Sentyabr 2019, 11:17

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib.

Modern.az xəbər verir ki, stansiya artıq bu gün səhər saatlarından sərnişinlərin istifadəsinədir.

Açılışda Prezident İlham əliyev də iştirak edib.

Xatırladaq ki, Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası ötən il sentyabrın 27-də təmirə bağlanıb.

Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.

"Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub. Həmin müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü