Modern.az

Deputat əsasnamə imzaladı

Deputat əsasnamə imzaladı

20 Sentyabr 2019, 17:47

20 sentyabr 2019-cu il tarixdə Baş İdarənin konfrans zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında niyyət protokolları və birgə təşkil ediləcək tədbirlərin əsasnamələrinin imzalanma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov giriş sözü ilə qonaqları salamladıqdan sonra son vaxtlar Heydər Əliyev Fondunun vitse – prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində Bakının bir çox məhəllələrində aparılan abadlıq işləri, müxtəlif idman qurğularının istifadəyə verilməsi, nəticədə uşaq və yeniyetmələrin asudə vaxtlarında həmin qurğulardan səmərəli istifadə etməsini vurğulayıb.

 

Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, Milli Məclisin üzvü Sevinc Hüseynova öz çıxışında məktəbyaşlı uşaq və yeniyetmələrin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi, onlar arasında sağlam həyat tərzi və idman vasitəsilə sosial fəaliyyətin artırılması, məhəllə idmanı üzrə beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, həmçinin iştirakçılarda vətədaşlıq və vətənpərvərlik hislərinin aşılanması məqsədilə Baş İdarə və Federasiyanın birgə təşkilatçılığı ilə təşkil edilərək keçiriləcək basketbol, məhəllə futbolu, stolüstü tennis, atletika, şahmat və dama növləri üzrə yarışlar haqqında geniş məlumat verdi.

 

Çıxışlardan sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, Milli Məclisin üzvü Sevinc Hüseynova birgə təşkil ediləcək tədbirlərin əsasnamələrini imzalayıblar.

 

Daha sonra Raqif Abbasov son illər ölkəmizdə könüllülk fəaliyyətinin formalaşaraq sürətlə inkişaf etdiyini, ölkəmizdə keçirilən birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışması, Avropa Gənclər Yay Olimpiya Festivalında çoxsaylı Azərbaycan könüllüsünün fəaliyyət göstərdiyini vurğulamış, ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər zaman könüllülərin fəaliyyətinin yüksək qiymətləndirilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır