Modern.az

Şimali Koreya ABŞ-la danışıqları dayandırıb

Şimali Koreya ABŞ-la danışıqları dayandırıb

5 Oktyabr 2019, 23:43

İsveçdə keçirilən ABŞ və Şimali Koreya nümayəndə heyətləri arasında ikitərəfli görüş dayandırılıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Kim Myung-Gil danışıqların dayandırılmasına aydınlıq gətirib: "Danışıqlar masasına heç bir şey gətirməyən ABŞ-dan məyusuq" deyə o bildirib.

ABŞ-ın İsveçdəki səfiri Bil Martin bu məlumatı şərh edə bilməyib: "Maraqlıdır, amma bu barədə heç bir şərhim yoxdur. Mən özüm də bunu eşitməmişəm" Martin bildirib.

Qeyd edək ki, bundan əvvəl cümə günü Lidinya adasında "Elvis Strand" villasında ABŞ və KXDR arasında ikitərəfli görüş başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu