Modern.az

Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd olundu  

Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd olundu  

17 Oktyabr 2019, 16:20

Prezident İlham Əliyevin “Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin  Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi” ilə bağlı müvafiq sərəncamına əsasən, 16 oktyabr 2019-cu il tarixdə Goranboy şəhər Mədəniyyət Evində “Nəsiminin 650 illik yubileyi” böyük təntənə ilə qeyd edilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Goranboy rayon İcra Hakimiyyətini başçısı Məhərrəm Quliyev Azərbaycan mədəniyyətində və ədəbiyyatında  özünəməxsusluğu ilə seçilən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, Nəsimi filminin çəkildiyini və cənab Prezident İlham Əliyev və birinci vitsse-prezident Mehriban xanım Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə və yaradıcılığına  ehtiram və diqqətin göstərildiyini vurğulayıb.


Sonra tədbir rayon Mədəniyyət Evinin və  Uşaq İncəsənət Məktəbinin bədii kollektivlərinin və incəsənət ustalarının “Nəsimi yaradıcılığına həsr edilmiş” möhtəşəm konsert proqramı ilə davam etdirildi. İncəsənət ustalarının çıxışları tədbir iştirakçıları tərəfindən maraqla izlənildi və hərarətlə alqışlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...