Modern.az

Abşeronda taksi 60 yaşlı kişini vurub

Abşeronda taksi 60 yaşlı kişini vurub

20 Oktyabr 2019, 23:33

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, hadisə Xırdalan-Binəqədi yolunda baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.

Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü