Modern.az

“İldə ən azı bir dəfə həmin çənlər yuyulmalıdır” - “Azərsu”

“İldə ən azı bir dəfə həmin çənlər yuyulmalıdır” - “Azərsu”

Aktual

7 Noyabr 2019, 11:39

"Abşeron yarımadasında son illər həyata keçirilən işlər nəticəsində fasiləsiz su təchizatı 81,5 faizə çatıb". 

  

Modern.az xəbər verir ki, bunu YAP İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. O qeyd edib ki, yarımadanın çox dayanıqlı su mənbələri var:

  

"Biz fasiləsiz su təchizatını təmin etməklə əslində suya qənaət etmiş olduq. Baxmayaraq ki, "Azərsu" abonenlərinin sayı minlərlə artıb. Amma hazırda adambaşına istifadə olunan suyun miqdarı 11 kubmetrin altındadır. Əvvəl isə fasiləli rejimdə olsa belə, bu rəqəm 17 kubmetr idi". 

 

Q.Hüseynov onu da qeyd edib ki, fasiləli rejimdə su alan sakinlər hələ də var:

 

"Onlar isə su çənlərindən istifadə edirlər. Onun təmizlənməsi isə problem olaraq qalır. İldə ən azı bir dəfə həmin çənlər yuyulmalıdır. Bununla əlaqədar maarifləndirmə işləri həyata keçirilir". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır