Arxiv
8 Noyabr 2019, 14:39 | AKTUAL
Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub  

Noyabrın 8-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.


Tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.


Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.


Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.


Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.


Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində addımlar atıldığını deyib. Nazir əlavə edib ki, son illərdə Təhsil Nazirliyinin fəaliyyətində müəllimlərlə bağlı siyasət prioritet təşkil edib, ən ciddi uğurlar da məhz müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində əldə edilib.


Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə görülən işləri diqqətə çatdıran  nazir bildirib ki, bu gün qarşıda duran ən vacib vəzifələr təhsilin hər bir vətəndaş üçün əlçatanlığının təmin edilməsi, keyfiyyət göstəricilərinin yüksək və rəqabətli olmasıdır. Bununla əlaqədar hər bir təhsil işçisi qeyd edilən məsələləri əsas fəaliyyət istiqaməti kimi nəzərə almalı və təmin etməlidir.


Nazir çıxışının sonunda bir daha təltif edilən təhsil işçilərini təbrik edib.

             
Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.


Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 126 nəfər “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat Partiyası ittihamlara CAVAB VERDİ 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02 Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib 15 Noyabr 2019, 14:57 Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb 15 Noyabr 2019, 14:55 "Nəsimi ili" müsabiqəsinə yekun vuruldu 15 Noyabr 2019, 14:48 Azərbaycanın mal alıb-satdığı ölkələrin SİYAHISI 15 Noyabr 2019, 14:46 Əbülfəs Qarayev və müavinləri vətəndaşlarla görüşüb - FOTO 15 Noyabr 2019, 14:39 Naftalandakı Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi 15 Noyabr 2019, 14:35 Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR 15 Noyabr 2019, 14:32 Ən bahalı küçələrin SİYAHISI 15 Noyabr 2019, 14:10 Dünya erməniləri Qarabağ üçün pul toplayacaq 15 Noyabr 2019, 14:05 BDU-nun bütün əməkdaşlarına mükafat veriləcək 15 Noyabr 2019, 14:04 UNEC-də yeni Tələbə-rektor seçilib 15 Noyabr 2019, 13:56 Ekoloqdan hava dəyişkənliyi barədə: “Yeni buzlaq dövrünə qədəm qoymuşuq” 15 Noyabr 2019, 13:50