Arxiv
8 Noyabr 2019, 17:59 | AKTUAL
Sürücülərə bəd XƏBƏR - Azərbaycanda maye qazın qiyməti qaldırıldı

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Azpetrol” şirkətindən bildirilib.

 

Şirkətdən deyilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 qəpiyə qaldırılıb. 

 

 

“Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib. 

 

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "APA-Economics"ə  bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

 

“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ. Əhmədov qeyd edib.

 

İ. Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: "Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".

 

“Məişət Maye Qaz” QSC-dən isə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.

 

“SOCAR Petroleum” şirkətindən isə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb 31 May 2020, 00:59 Bu qadağalar iyunun 15-dək qüvvədə qalacaq 31 May 2020, 00:51 Bakıda 21 yaşlı gənc bıçaqlandı 31 May 2020, 00:48 Açıq havada idman yarışları keçirməyə icazə verildi 31 May 2020, 00:38 Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 31 May 2020, 00:32 İri ticarət mərkəzləri və "Mall"lar açılır 31 May 2020, 00:17 Restoran, kafe və çay evlərinin iş saatı 22:00-dək UZADILDI 31 May 2020, 00:06 Bu gündən bəzi məhdudiyyətlər ləğv edilir - RƏSMİ 31 May 2020, 00:01 İlin kosmik hadisəsi: “SpaceX” ilk dəfə fəzaya insan göndərdi - VİDEO 30 May 2020, 23:47 Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb 30 May 2020, 23:39 Azərbaycan-İran sərhədində yanğın 30 May 2020, 23:26 Daha 710 “Taliban” üzvü azad edildi 30 May 2020, 23:13 Xırdalanda yaşayış binasında yanğın oldu 30 May 2020, 23:00 Rusiyada terrorçular məhv edildi 30 May 2020, 22:42 Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA 30 May 2020, 22:28 Liderlər Honkonq və Liviyadakı vəziyyəti müzakirə etdi 30 May 2020, 22:12 Türkiyədə 126 984 nəfər koronavirusdan sağalıb 30 May 2020, 22:00 Daha bir ölkədə maska taxmaq məcburi oldu 30 May 2020, 21:46 Son sutkada daha 215 nəfər koronavirusdan öldü 30 May 2020, 21:31 Xüsusi karantin rejimi daha bir ay uzadılıb 30 May 2020, 21:17 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO 30 May 2020, 21:16 Prezident ötən il üçün gəlirlərini açıqladı 30 May 2020, 21:03 İtaliyada sutkalıq koronavirus qurbanları yenidən artdı 30 May 2020, 20:54 Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib 30 May 2020, 20:43 Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır 30 May 2020, 20:29 Türkiyədə daha bir şəhid verdi 30 May 2020, 20:16 Ağ Evin qarşısında etirazlar başlayıb 30 May 2020, 20:01 Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva 30 May 2020, 19:58 Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30