Arxiv
18 Noyabr 2019, 18:32 | AKTUAL
Bazar günü Lənkərana gəlmək üçün səbəb var - FOTO

Rayonda  III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək.

 

Ta qədimlərdən payıza bolluq-bərəkət fəsli  deyilib, toy-düyün mağarları bu fəsildə qurulub,bayram yığnaqları ilin bu çağına salınıb.Ruzinin bol olduğu bu bərəkətli fəslin Lənkəranda  öz gözəlliyi var. Mübaliğəsiz deyirəm, payız dünyanın heç yerində  Lənkərandakı kimi  füsunkar ,ecazkar deyil.İnanmırsınız? Gəlin, görün,bu gözəlliyə şahid olub təbiətdən zövq alın,ürəkdolusu sevinin.Biz  lənkəranlılar diyarımızın   min çeçidli nemətlərini  paylaşmağa hazırıq.Cənub qonaqpərvərliyi, istiqanlığı  ifadəsi boş yerə deyilməyib ki?Dünyanın cənnət mənzərəsini seyr etmək ,nemətlərindən dadmaq  üçün elə bu bazar  günü  yolunuzu  bizim  cənnətməkan-Xan Lənkərandan salsanız , çox şey qazanaqcaqsınız!...Qızılı payızın qızılı-kəhrəbalı ahəngini,təbiətin rənglər harmoniyasının sehrini gözlərinizlə görəcək, könlünüzcə  olan bir bayrama şahidlik edəcəksiniz.

 

Yol boyu görəcəyiniz  narıngi, limon plantasiyalarının kəhrəba sarılığı, sitrus məhsullarının xoş rayihəsi  ağzınızı sulandıracq. Narıngi qoxusunun limon ətrinə qarışdığı bu məkana səfər etməklə  payızın dadını çıxaracaqsınız.Yerli Lənkəran çayından  dəmlənmiş məxməri çayı da  bayram günü sizlərdən kimsə əsirgəməz.Çəltik biçini başa çatdığından, yerli düyülərdən bişirilmiş növbənöv plovlar da festivalın bayram süfrəsini bəzəyəcək.Arif  olsanız ətrindən  bilərsiniz ki, daddığınız   plovların hansı  “Sədri”, hansı “Haşimi”, hansı “Akulə” düyüsündən bişirilib.

 

Bu il şükürlər ki, hər sahədə bolluqdur. Yaradan bərəkət süfrəsini bu diyarda sərib.Çəltik məhsulu da boldur, yaşıl çay da, sitrus da. Barın ağırlığından yerə baş qoyan meyvə ağaclarını görəndə ixtiyarsız “maşallah” deyəcəksiniz...

 

Bayram gününü bayram ovqatında keçirmək istəyənlər,noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək ənənəvi  “III Çay, Çəltik, Sitrus Festivalı”nı qaçırmayın! Səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkından başlayacaq  festivalın ötən illərdə olduğu kimi  günboyu davam edəcək.

 

Tədbirin təçkilatçıları qonaqlara, iştirakçılara maraqlı,rəngarəng  bayram  tədbiri  vəd edir.Bayramın proqramı ilə  tanış olun:Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar” “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq, bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.

 

Yeri gəlmişkən,cənub mətbəxinin  ləziz-dadlı təamlarından olan  çöl quşlarından hazırlanmış çölmək kabablarını da  festival günü  dadmaq şansınız olacaq.Bu şansı qaçırmayın, bu bayramı qaçırmayın!Əsl bayram, payız ovqatına köklənmək,maraqlı,qeyri-adi bazar günü keçirmək istəyirsinizsə,dünyanın ən dilbər güşəsi, ən qonaqpərvər məkanı olan Xan Lənkərana gəlin,festivalımıza qatılın.Bazar gününü,24 noyabr tarixini  ömrünüzün payız nağılına çevirin!Gözləyirik!

 

Esmira İsmayılova

Lənkəran

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ 9 Dekabr 2019, 08:44 Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi, ana öldü 9 Dekabr 2019, 08:39 Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...   9 Dekabr 2019, 08:23 Manat və dollar həftəyə bu məzənnə ilə başladı 9 Dekabr 2019, 08:21 Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?