Modern.az

Baş Prokurorluq yeni korrupsuya faktı aşkarlayıb

Baş Prokurorluq yeni korrupsuya faktı aşkarlayıb

7 Mart 2012, 15:15

Baş Prokurorluqda  “161 - qaynar xətt” əlaqə mərkəzinə daxil olan  müraciət üzrə cinayət işi başlanıb. Bu barədə Modern.az saytına Baş Prokurorluğun mətbuat xidməti məlumat verib. Prakurorluqdan bildirilib ki, vətəndaş Emil Xasməmmədovun "RoyalBank" ASC-nin Tovuz filialından saxta sənədlər əsasında adına kredit götürülməsi barədə "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırmalar zamanı müəyyən olunub  ki, Vüqar Qurbanov  "Royalbank" ASC-nin Tovuz filialının sabiq müdiri Ədalət Müseyibov ilə cinayət əlaqəsinə girərək E.Xasməmmədovun şəxsiyyət vəsiqəsinin surətinin onlarda olduğundan istifadə etməklə sonuncunun adına saxta kredit müqaviləsi tərtib edərək həmin filialdan 1.500 manat nağd pul şəklində kredit götürüblər. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və onlardan istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir