Modern.az

Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib

Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib

21 Noyabr 2019, 17:09

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 20 milyon dollarlıq hədiyyə alıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, kürəkəni Mikael Minasyan ona bir neçə il əvvəl Roma şəhərində 20 milyon dollarlıq malikanə hədiyyə edib.

 

“Baş Prokurorluğun KİV-də apardığı monitorinq zamanı biz bu barədə məqalələrə rast gəlmişik və onları dəqiq edirik”- deyə Ermənistan Baş prokurorunun məsləhətçisi Qor Abramyan açıqlama verib.

 

O, Prokurorluğun faktla bağlı araşdırmanı intensivləşdirdiyini də əlavə edib.

Xatırladaq ki, Serj Sarkisyan dövründə Mikael Minasyan Vatikanda səfir olub. O, Sarkisyanın qızı Anuş Sarkisyanla evlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır