Modern.az

Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı

Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı

22 Noyabr 2019, 00:15

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketdə qeydə alınıb.

Belə ki, mağazaya girən oğru 2 nəfəri - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayıb.

Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

V.Şıxıyevə sol döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə, M.İsgəndərova isə sol qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir