Arxiv
13 Dekabr 2019, 21:47 | AKTUAL
Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO

Bu gün Cəlilabad və Masallı rayonlarının Gənclərin İnkişaf və Karyera Mərkəzlərində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü baş  tutub.

Modern.az  xəbər verir ki, görüş Heydər Əliyevin abidəsinə ziyarət və Ulu öndərə həsr olunan muzey-eskpozisiya zalında gəzinti ilə başlanıb. Gəzinti əsnasında Dilarə Seyidzadə Ulu öndərlə bağlı xatirələrini gənclərlə bölüşüb.


Gənclərin “Dövlətçilik və vətəndaşlıq məsuliyyəti” dedikdə gənclər nə başa düşür?” mövzusunda çıxışlarından sonra söz fəxri qonağa verilib.


Dilarə xanım çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı Azərbaycanın müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətdə yönləndirilmişdi. İqtisadi qüdrətin artırılmasını, hərbi hazırlığa ciddi diqqət yetirilməsini, bu yöndə C. Naxçıvanski adına Hərbi məktəbin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti  xüsusilə qeyd etmək lazımdır. Sadalanan və görülən işləri Ulu Öndər öncədən gördüyü ölkə müstəqilliyi uğrunda edirdi.


Daha sonra fəxri qonaq mərhum prezidentimizin növbəti dəfə hakimiyyətə gəlişi, 1990-cı il 20 yanvar hadisələri baş verən zaman Moskvada çıxışı,ardınca isə Azərbaycana geri dönməsi, Naxçıvana gəlişi və ilk dəfə orada Azərbaycanın üç rəngli bayrağını yüksəltməsi, 1993-cü il Azərbaycanda hakimiyyətə gəlməsi, müstəqilliyin qorunması üçün göstərdiyi səylər, ölkənin  ən ağır günlərində bu cür ağır məsuliyyəti öz üzərinə götürüb Azərbaycanın müstəqilliyini qoruması və apardığı islahatlar barədə danışdı, şəxsən baş verən bütün bu hadisələrin canlı şahidi olduğunu bildirdi.


Dilarə xanım bütün bunların gənc nəsil üçün həm dövlətçilik ənənələrini qavramaq, lazım gəlsə, özünü dövlətçilik  uğrunda fəda vermək, həm də hər birinin boynuna düşən məsuliyyəti anlamaq baxımından bir nümunə olduğunu vurğuladı.

Xüsusilə vurğulandı ki,  Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsivə bunu dəfələrlə dilə gətirməsi də gənclərə bir nümunə olmalıdır. Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli və bunun üçün hər zaman inkişafa can atmalıdır. Çünki Ulu Öndər gənclərin hərtərəfli olmasına və bütün sahələrdə azərbaycanlı gənclərin yetişdirilməsinə can atırdı.Heydər Əliyev bilirdi ki, məhz hərtərəfli inkişaf etmiş gənclərmüstəqil Azərbaycanınəsas sütunları olacaq. O, həmişə gənclərə güvənirdi və çıxışlarında hər zaman “gənclər bizim gələcəyimizdir” deyirdi.


“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusu ətrafında geniş çıxış edən birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə daha sonra auditoriyanın suallarını cavablandırıb. Gəncləri xüsusən də “Ulu Öndərlə işləmiş biri kimi gənclərə nə tövsiyələriniz var”, “Çətinliklə üzləşən zaman bir gənc nə etməlidir”, “Gənclərin karyeralarında, o cümlədən dövlət qulluğunda uğurlu olmaları üçün nələrə diqqət etməli” kimi suallar maraqlandırıb. Dilarə Seyidzadə bu və digər sualları ətraflı cavablandırıb.


Qeyd edək ki, GİKM-in  ölkəmizin şəhər və rayonlarındakı nümayəndəliklərində tez-tez tanınmış ictimai və siyasi xadimlərlə gənclərin görüşləri təşkil edilir. Məqsəd gənclərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini daha da dərindən mənimsəməsi işinə töhfə vermək, onların inkişafı və karyera seçimlərini dəstəkləməkdir.







-

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmənin avtomobil texnikası sərrast atəşlə məhv edilib - VİDEO 16 İyul 2020, 22:11 Azərbaycanda yeni siyasi partiya yaradıldı 16 İyul 2020, 22:01 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17