Modern.az

Bakı və Gəncədə kafe yanıb

Bakı və Gəncədə kafe yanıb

15 Dekabr 2019, 09:31

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

 

Gəncə şəhərinin Nizami rayonunda isə dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

 

Hər iki kafenin qalan hissələri yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi