Modern.az

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR

18 Yanvar 2020, 20:14

Bu gün Neftçala rayonunun Qaraşaqlı kəndində seçicilərlə görüş öncəsi 1995-ci il mart ayında dövlət çevrilişinə cəhddə böyük igidlik göstərən  Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Xanoğlan Məmmədovun anası ziyarət olundu, şəhidin büstü önünə çiçək dəstələri qoyulub.

Modern.az xəbər verir ki, görüşdə Fəzail Ağamalı ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı uğurlu xarici siyasət və son 4 ildə deputat kimi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb.


Seçicilər ölkə prezidentinin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, bir sıra problemlərin üzərində dayanıblar.


Görüş iştirakçıları Fəzail Ağamalının fəaliyyətini yüksək qiymətləndirib və qarşıdan gələn Milli Məclisə seçkilərdə ona səs verəcəklərini qeyd ediblər.


Sonda F.Ağamalı yüksək dəstəyə görə seçicilərə təşəkkürlərini bildirib.


Fəzail Ağamalının təbliğat-təşviqat kompaniyası davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...