Arxiv
27 Yanvar 2020, 14:04 | AKTUAL
Məleykə Abbaszadədən dövlət qulluqçularına ÇAĞIRIŞ

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

 

Modern.az-ın məlumatına əsasən, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularına dəvət ünvanlayıb:

 

“Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəetmə sahəsində potensial rəhbərlərin seçilməsində bir ilkə imza atır. Bu imkandan yararlanmaq, yüksəlmək indi hər kəsin öz əlindədir. Məhz “hər kəs” deyirik. Çünki “Yüksəliş” müsabiqəsi dövlət qulluğunda işləyənlərdən özəl müəssisələrdə çalışanlara qədər, hətta ali təhsil müəssisələrində elmi tədqiqat işi aparanlardan hər hansı müəssisədə layihə rəhbəri olan şəxslərədək hər kəsə yüksəlmək üçün şans verir. Mən xüsusilə bizim qızlara, gənc qadınlara müraciət edirəm. “Yüksəliş”də iştirak edin.

 

Eyni zamanda, dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş vətəndaşlara da demək istəyirəm ki, bu müsabiqə həm də sizin üçündür. Dövlət qulluğu üzrə imtahanlarda qazandığınız təcrübə “Yüksəliş” müsabiqəsində də sizə faydalı ola bilər. Bununla yanaşı, hazırda dövlət qulluğunda çalışanlar və öz potensialları ilə qarşılarına daha böyük hədəf qoyanlar da müsabiqəyə qoşula bilərlər. Bir sözlə, “Yüksəliş” daha geniş təbəqəni əhatə etməyi və onlar üçün ədalətli, şəffaf mübarizə mühiti yaratmağı qarşısına məqsəd qoyub.

 

“Yüksəliş” karyeranın qurulması yolunda unikal imkan deməkdir. Bu imkanı buraxmayın, istifadə edin. Müsabiqənin hər mərhələsi karyeranızın inkişafi üçün yeni imkanlar yaradacaq. “Yüksəliş” ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüş, finalçılara şəxsi inkişaf planlarını əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq.
Yüksəlmək istəyən hər kəs, bu müsabiqə sizin üçündür!

 

“Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda yeni siyasi partiyaya ehtiyac var – GƏNCLƏR GƏLİR 25 Fevral 2020, 13:24 İcra başçılarını qorxudan gizli kameraların yeri - Onlar pultla idarə edilir 25 Fevral 2020, 13:17 Antarktidada qırmızı qar yağdı 25 Fevral 2020, 13:05 Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşdü 25 Fevral 2020, 13:02 DİN polisin qətli ilə bağlı məlumat YAYDI 25 Fevral 2020, 12:57 Sabahın HAVA PROQNOZU - duman, çiskin, külək, qar 25 Fevral 2020, 12:54 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 25 Fevral 2020, 12:48 Bu gün su çərşənbəsidir - İNANCLAR   25 Fevral 2020, 12:39 Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə 25 Fevral 2020, 12:36 Hafiz Hacıyev koronovirusa yoluxub? 25 Fevral 2020, 12:34 Bakı-Sumqayıt yolunda yük maşını çuxura düşdü - FOTO 25 Fevral 2020, 12:28 UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTO 25 Fevral 2020, 12:22 Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır 25 Fevral 2020, 12:11 İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş 25 Fevral 2020, 12:03 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb - Siyavuş Novruzov 25 Fevral 2020, 11:59 AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış 25 Fevral 2020, 11:53 Putin-Ərdoğan görüşünün tarixi məlum oldu 25 Fevral 2020, 11:49 İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə 25 Fevral 2020, 11:48 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ 25 Fevral 2020, 11:38 Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ 25 Fevral 2020, 11:28 Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir 25 Fevral 2020, 11:27 Şəhid əsgərimiz dəfn olundu- VİDEO - YENİLƏNİB 25 Fevral 2020, 11:23 Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq   25 Fevral 2020, 11:22 Xocalıdan qaçan KÖRPƏ 25 Fevral 2020, 11:21 Ərdoğan Bakıya gəlir 25 Fevral 2020, 11:13 Ev heyvanları koronavirus daşıyıcısıdır? 25 Fevral 2020, 10:45 20 yanvar qırğının əsas baiskarlarından biri 97 yaşında öldü 25 Fevral 2020, 10:43 Xaçmaz sakini evdən samovar oğurladı - FOTO 25 Fevral 2020, 10:42 Türkiyənin səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi 25 Fevral 2020, 10:32 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi 25 Fevral 2020, 10:21 Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı 25 Fevral 2020, 10:17 Paytaxtın bu küçələri BAĞLANIR - Paytaxt polisi sürücülərə müraciət etdi 25 Fevral 2020, 10:12 Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır 25 Fevral 2020, 10:05 Polis 50 şübhəlini saxladı 25 Fevral 2020, 09:54 Cəbhədə gərgin gecə - düşmən snayperləri mövqelərimizi nişan aldı 25 Fevral 2020, 09:52