Modern.az

Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi

Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi

Aktual

23 Fevral 2020, 16:02

Azərbaycan-İtaliya Gənclər Assosasiyasının (AİGA) həmsədri Emin Rüstəmov İtaliyada, xüsusilə də İtaliyanın şimalında yaşayan azərbaycanlılara çağırış edib.

 

Modern.az xəbər verir ki, həmsədr koronavirusun İtaliyada da yayılmasından danışıb: “Təssüf hiss ilə bildirmək istəyirəm ki, İtaliya Avropada coronovirusun (COVİD-19) can aldığı ilk ölkə oldu. Belə ki, Lombardiyadan 75 yaşlı xanım, Venetodan isə 78 yaşlı kişi həyatını itirdi. İtaliya səhiyyə nazirliyinin verdiyi məlumata görə artıq İtaliyada bu virusa yoluxanların sayı 59 nəfərə çatıb ( Lombardiya 46, Veneto 11, Piomento 1 və Umbriada 1 nəfər)”.

 

Emin Rüstəmovun sözlərinə görə, bu səbəbdən 10 şəhər nəzarətə götürülüb, Universitetlər və məktəblərdə dərslər dayandırılıb. “Üzülərək bildirmək istəyirəm ki, Xocalı faciəsinin 28- ci il dönümü üçün #AİGA olaraq nəzərdə tutulduğumuz silsilə tədbirlər şimal bölgələrində ləğv olundu. Soydaşlarımızdan diqqətli olmalarını, sağlamlıqlarına daha həssas yanaşmalarını xahiş edirik. Hər hansı şübhəli məqamda dərhal müvafiq tibb müəssisələrinə müraciət etmələri arzuolunandır. Səhhətinizi qoruyun!”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!