Modern.az

Hicran Hüseynovadan BMT-yə ETİRAZ

Hicran Hüseynovadan BMT-yə ETİRAZ

24 Fevral 2020, 10:32

"Nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal icra edilir".

 

Modern.az xəbər verir ki bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

 

“Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü ölkəyə çevrilib. Amma biz istəyərdik ki, bu münaqişələrin həllində qadınlarımız da öz sözünü deyə bilsin. Qadınlarımızın da iştirak etməsi ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsunlar" - deyən  H.Hüseynova həmçinin əlavə edib:

 

“Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı "Qadınlar, Sülh və Təhlükəsizlik" qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? Mütləq işğalçı və işğala məruz qalana fərq qoyulmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü