Modern.az

Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq

Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq

1 Aprel 2020, 19:18

UEFA avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu qərar milli assosiasiyaların nümayəndələri ilə bugünkü iclasda verilib.

 

Qurum avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırır. Bu baş tutsa, növbəti mövsüm də gec başlayacaq. 

 

Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib (apasport).

 

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır