Modern.az

Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb

Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb

27 May 2020, 00:49

Ermənistanda yeni növ koronavirus pandemiyasının ikinci dalğası epidemioloji vəziyyəti daha da ağırlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.


"Ölkədəki pandemiya ilə bağlı vəziyyət olduqca çətindir. Hamımız razılaşdıq ki, bu anda ölkədə koronavirusun yayılmasının ikinci dalğası ilə üzləşirik",- deyə baş nazir qeyd edib.

Son günlər Ermənistanda yeni növ koronavirus ilə yüksək yoluxma tempi müşahidə olunur. Təkcə son iki gündə 700-dən çox ölkə vətəndaşı virusa yoluxub, 10-a yaxın ölüm var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır