Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib.
Modern.az-ın məlumatına görə, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:
Ümumi təhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.
İllik bal və qiymətlər sinif jurnalında mübvafiq fənlər üzrə “Qiymətləndirmələr” hissəsində, eyni zamanda “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “illik” bölmədə qeyd olunur.
Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məmzun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
Məsələn, I yarımildə hər hansı fənn üzrə balı “60” olan şagird yenidən qiymətləndirmədə iştirak edərək, “80” bal toplamışsa, onun illik balı “70” bal olur və müvafiq olaraq “4” qiymətinə uyğunlaşdırılır.
Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə “Qiymətləndirmə” hissəsində növbəti yanaşı sütunlarda , eyni zamanda “şagirlərin təlim nailiyyətləti nhaqqında yekun məlumat” hissəsində “Payız imtahanı” bölməsində qeyd olunur.
Bütün qiymətləndirmələr yükunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının “şagirdlərin təlim nailiyyətləti haqqında yekun məlumat” hissəsində “saatların miqdarı” bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur.
Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumi təhsil müəssisələri tərəfindən “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumi təhsil müəssisəsinə gələrkən sanitar-epidemoloji qaydalara riayət etməlidirlər (tibbi maksadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.).
Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifədən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli KQ-03 nömrəli qərarı ilə "Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmənin) aparılmasının müvəqqəti qaydası” təsdiq edilib. “Ümumtəhsil pilləsində təhsilalanaların attestasiyasının (məktəbdaxili qiyməıtləndirilmə) aparılmasının müvəqqəti qaydası” 2020-ci il oktyabrın 1-dək qüvvədədir.