Modern.az

Deputatdan politoloqa ETİRAZ

Deputatdan politoloqa ETİRAZ

29 May 2020, 22:07

Politoloq Qabil Hüseynlinin Hürriyyet.org saytına  açıqlaması qalmaqala səbəb olub.

 

Politoloq açıqlamasında bildirib ki,  1918-ci ildə İrəvan şəhəri Ermənistana 90 illiyinə icarəyə verilib.

Uzun illər Qərbi Azərbaycanla məşğul olan tədqiqatçı, deputat Əziz Ələkbərli Modern.az-a məsələ ilə bağlı kəskin etirazını bildirib:

"Mən ən çox ona təəssüf edirəm ki, Qərbi Azərbaycan məsələsi ilə bağlı bu məsələdən xeyli uzaq insanlar fikir yürüdürlər. Necə yəni 90 illiyinə, yaxud 99 illiyinə icarəyə verilib? Harada yazılıb neçə illiyinə icarəyə verildiyi? Bunu deyənlərin əlində bir sənəd-sübut varmı? Belə getsə, sabah biri də çıxıb deyəcək ki, filan məbləğə icarəyə verilib".

Əziz Ələkbərli ölkədə  tarixçilərin olduğuna diqqət çəkərək qeyd edib ki, heç olmasa onlara  müraciət etsinlər:

"Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu var, ali məktəblərimizdə tarix kafedraları var, görkəmli tarixçilərimiz var, bir müraciət eləsinlər, soruşsunlar. Tarixçilərimiz dəfələrlə bildiriblər ki, tarixdə belə bir şey yoxdur. Bu söhbəti birdəfəlik yığışdırmaq lazımdır. Bu qədər ciddi məsələ ilə bağlı düşmən qabağına bu qədər saxta arqumentlə çıxmazlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır