Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır

30 May 2020, 20:29

Ermənistanda koronavirusa yoluxmuş 400-dən çox pasiyentin vəziyyəti ağır və son dərəcə ağırdır.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.



Paşinyan qeyd edib ki, hazırda ölkədə ağır vəziyyətdə olan 358 pasiyent var: "Son dərəcə ağır vəziyyətdə olan isə 58 nəfərdir. 15 nəfər süni tənəffüs aparatına qoşulub”.

Qeyd edək ki, Ermənistanda koronavirus epidemiyasının yayılması səbəbindən martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan olunub. Ölkədə 8927 nəfər Covid-19-a yoluxub, 127 nəfər dünyasını dəyişib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi