Modern.az

Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında

Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında

31 May 2020, 19:38

Rumıniya vətəndaşı Dumitru Komanesku 111 yaş 7 aylıq ömrü ilə Ginnesin Rekordlar Kitabı tərəfindən planetin ən yaşlı kişi sakini statusuna layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu, 112 yaşında britaniyalı Bob Veytonun ölümündən sonra baş verib.

 

Dumitru Komanesku 1908-ci il noyabrın 8-də Praxova rayonunun Provitsa de Jos bölgəsində anadan olub. Hazırda Buxarestdə yaşayan Dumitru mühəndis-aqronomdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir