Modern.az

Polisin bu addımı müsbət qarşılandı - FOTO

Polisin bu addımı müsbət qarşılandı - FOTO

6 İyun 2020, 15:23

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bugündən küçəyə çıxmaq qadağası tətbiq olunur.

 

Gün başlayandan etibarən insanların olmadığı Bakı küçələrinin fotoları sosial şəbəkələrdə paylaşılır. Müğənni Nigar Camal isə karantin rejiminə riayət olunmasına nəzarət edən Azərbaycan polisinin küçədəki quşlara yem verərkən çəkilən maraqlı görüntülərini paylaşıb.

 

Modern.az xəbər verir ki, müğənni paylaşımına bu fikirləri əlavə edib: 

 

“Küçələrdə insan olmadığından quşlar və küçə heyvanları üçün qida tapmaq da çətindir. Amma bu yol polisinin həssaslığı ürəyimdən oldu. Şəhərin sakitliyini çəkmək istəyirdim. Belə bir mənzərə ilə qarşılaşdım. Ləzzət elədi”.

 

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir. Qərara əsasən, bu müddət ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir