Modern.az

Xəstələri qurtarmaq çətinləşir, vəziyyət ağırlaşanda müraciət edirlər - Türkiyəli həkimdən həyəcan təbili  

Xəstələri qurtarmaq çətinləşir, vəziyyət ağırlaşanda müraciət edirlər - Türkiyəli həkimdən həyəcan təbili  

Aktual

15 İyun 2020, 13:28

“Xəstələr bizə ağır vəziyyətdə müraciət edir və onları qurtarmaq bu səbəbdən çətin olur”.

 

Bunu Modern.az-a Türkiyədə “REACT-C19” layihəsinin iştirakçısı, Qazi Universiteti Tibb fakültəsinin xəstəxanasında infeksiya xəstəlikləri və klinik mikrobiologiya üzrə rezident Fidan Sultanova bildirib.

 

Aprel ayında Türkiyədən koronavirusla mübarizə üçün gələn azərbaycanlı həkimlərdən ibarət 19 nəfərlik heyətin iştirakçısı olan Fidan Sultanovason günlər ərzində xəstələrin vəziyyətinin kritik olduğunu qeyd edib:

 

“Son göstəricilərə baxanda koronavirusa yoluxmuş xəstə sayının artdığını görürük. Axır vaxtlar xəstəxanaya müraciət edənlərin çoxu da ağır vəziyyətdə əlir. Buna da səbəb insanların virusa yoluxduqdan sonra vəziyyət kəskinləşəndə  həkimə müraciət etməsidir. Koronavirus simptomları olan xəstələr özlərini evdə müalicə etməyə çalışırlar bu düzgün deyil. Çünki artıq vəziyyəti ağırlaşan xəstənin müalicəsi üçün əlimizdən gələni etsək də onu qurtarmaq çətin olur. Koronavirus xəstələrinin onlara uyğun yerdə ətrafdan təcridi şərtdir və əlavə virus yükünə məruz qalma ehtimalları azaldılmalıdır. Xəstə nə qədər çox virus qəbul edərsə xəstəlik müddəti də o qədər ağır keçər. Ona görə də sosial məsafənin qorunması, maska istifadəsi və əl gigiyenasının yerinə yetirilməsi məsələsinin önəmini qeyd etmək istəyirəm. 

 

F.Soltanova yay ayları olduğu üçün havalandırmanın virusun yayılmasının qarşısını alacağını qeyd edib:

 

“İndiki vəziyyətdə xəstələrin sayı artmaqdadır və lazımı tədbirlər görülməzsə bu sayların da artması qaçılmazdır. Yayda havaların isinməsindən dolayı ortamın yaxşı havalandırmasının virusun yayılmasının qarşısının alınmasında effektli olacağını düşünürəm. Virusun qarşısının alınması üçün profilaktik dərmanların təsirsiz olduğunu bilirik. Bu səbəbdn dolayı insanları ciddi şəkildə tənəffüs və əl gigiyenasına əməl etməyə çağırırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı