Modern.az

Mədəniyyətin təbliği ilə bağlı yeni sayt yaradılıb

Mədəniyyətin təbliği ilə bağlı yeni sayt yaradılıb

Aktual

23 May 2012, 13:33

Mədəniyyətin təbliği ilə bağlı yeni sayt yaradılıb. Bu barədə Modern.az-a Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyiin sədri İlkin Ağayev məlumat verib. İ.Ağayev bildirib ki,  Qloballaşan Dünyaya İnteqrasiya İB tərəfindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsi çərçivəsində mədəniyyətin təbliğinə və müxtəlif istiqamətlər üzrə müzakirəsinə həsr olunacaq  “qlobus.info” saytı yaradılıb.

Qeyd edək ki, layihə çərçivəsində həmçinin gənclərə mədəniyyətimizin təbliğində İKT vasitələrindən maksimum yaranmaq, onlara bu məqsədlə bloq yaratmaq, bloqçuluqdan istifadə yollarının öyrədilməsi planlaşdırılır. Bu çərçivədə təlimlər keçiriləcək. Təlimlər həm də mədəniyyətimizlə bağlı gənclərin dərindən bilgiləndirilməsinə həsr ediləcək. Bundan başqa layihə çərçivəsində mədəniyyət məsələlərinə həsr olunan, ekspertlərin fikir və təkliflərinin əks  olunduğu broşürün nəşri və onun QHT-lər, gənclər təşkilatları, müvafiq qurumnlar arasında yayılması, eyni zamanda virtual məkanda yayılması planlaşdırılır.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı