Modern.az

Tofiq Zülfüqarov: “Hazırda Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı yüksəkdir”

Tofiq Zülfüqarov: “Hazırda Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı yüksəkdir”

27 İyun 2020, 18:06

“Demək olar bütün şərhçilər, o cümlədən mən özüm düşünürük ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında müharibə ehtimalı hazırda yüksəkdir”.

 

Bunu Modern.az-a cəbhə xəttində vəziyyətin gərginləşməsinin pərdəarxası məqamları haqqında danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

 

O qeyd edib ki, Ermənistan tərəfi də hərbi əməliyyatların bərpasını istisna etmir:

 

“Nikol Paşinyan baş düşür ki, hərbə dönüşü təmin etməlidir. Hakimiyyəti saxlamaq üçün bu vasitədən istifadə etmək, böhranda olan Rusiyadan kömək istəmək niyyətindədir. Hərçənd ki, bu cür köməyin göstərilə biləcəyini düşünmürəm. Hərbi əməliyyatların uğursuzluğu, yaxud Rusiyanın kömək etməməsini bəhanə edərək Nikol Paşinyan Rusiyanı ittiham edəcək. Bununla da o qərbə dönüşünü tmin etmək niyyətindədir. Bu baxımdan onlar cəbhədə vəziyyəti gərginləşdirirlər. Güman edirəm ki, atəşkəsin sıxlıqla pozulmasının da səbəbi məh budur”.

 

Qeyd edək ki, son günlərdə aktivləşən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı