Modern.az

Bərbər və müştərilər cərimələndi - Video

Bərbər və müştərilər cərimələndi - Video

Aktual

13 İyul 2020, 17:23

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.

 

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı