Arxiv
1 Avqust 2020, 12:00 | AKTUAL
Ayaz Salayevin 60 yaşına TƏBRİK

Ayaz Salayevin sanki Azərbaycan xalqı ilə tale oxşarlığı var. Mühitsizlik ucbatından öz potensialını realizə edə bilməmək baxımdan deyirəm. Həm də işinini (missiyasını) yarımçıq qoymaq mərəzini qəsd edirəm.”Yarımçıqlıq mərəzi”  yazısında bir xalq kimi xarakterimizin ”sonacan getməmək” cəhətindən yazanda nümunə kimi Ayaz Salayevi də göstərmişdim.

 

Böyük meydanlar bir qırağa, bəzən kiçik bir səhnə, özünürealizə imkanı üçün balaca bir mühit-nəfəslik də fenomenlər yetişdirir. Yaxud əksinə, boğucu mühit istedadlı insanları da, xalqları da qəfəsdə tutur.

23 yaşında ”Retro” kimi proqramla şüurlara təsir etməyi bacaran Salayev 60 yaşında özünü necə hissi edir görən?! Özünü realizə etmək baxımdan soruşardım bunu.

Hələ 2006-cı ildə ”III Sektor” demokratiya jurnalı üçün ondan müsahibə götürmüşdük. “Sizcə, azərbaycanlılar nəyin vurğunudur?” sualıma belə cavab vermişdi: “Bu gün Azərbaycanda qədim dövrün bütpərəst şüuru özünü çox qabarıq şəkildə büruzə verir. Biz indi bütpərəst bir cəmiyyətdə yaşayırıq və bu da, yəqin ki, sovet dövrünün mirasıdır. Bütün xalqlarda mədəniyyət çox nazik bir qatdır və onun altında vəhşi bir şüur yatır. Azərbaycanda mədəniyyət qatı 70 il ərzində məhv edilib, indi bu vəhşi şüur üzə çıxıb və yaşamaq uğrunda mübarizə müstəvisində özünü çox qabarıq şəkildə biruzə verir”.

 

O söhbətdən 15 il keçib, görən indi “O vəhşi şüur bizi haralara apardı?” deyib soruşsam, necə cavab verərdi?!

Rüstəm İbrahimbəyovu guya sıradan çıxarmaq üçün ortaya atılan alternativ Kinomatoqrafçılar birliyi avantürasına gedəndə onu qınamışdım. Son illər bəzi fikirlərini bölüşməsəm də, hətta bir neçə yazıda adına tənqidi sözlər yazsam da, bilirəm köhnə dost kimi məndən inciməz. Dostluğun baş şərtidə odur ki, ən sərt sözü belə sevgiylə deyərsən. Məndə də məhz bu cür olub.

Həm də böyük ürəklərdə xırda duyğular olmur, axı!

 

Bu gün Ayaz Salayevin 60 yaşı tamam olur! Onun 1980-ci illərdə “Retro” proqramında, 90-cı illərdə dost məclislərində elədiyi söhbətləri, hətta toyumda mikrafona söylədiklərini xoş xatirə kimi yada salır, təbrik edirəm. Demək istəyirəm ki, missiyasını başa çatdırmağa – ömrün ən gözəl filmini çəkməyə onun potensialının hələ də qaldığına inanıram və gözləyirəm!

Yubiley yaşın mübarək, Ayaz Salayev!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika Rusiyanı darmadağın etdi 13 İyun 2021, 01:06 Paşinyan gülünc vəziyyətə düşdü 13 İyun 2021, 01:00 ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq 13 İyun 2021, 00:49 Gəncə sakini yumruq zərbəsindən öldü 13 İyun 2021, 00:38 Paşinyan Ermənistana qaytarılan hərbçilərin adını açıqladı 13 İyun 2021, 00:25 ABŞ-da atışma - ölən və yaralananlar var 13 İyun 2021, 00:08 Mehriban Əliyeva Uels-İsveçrə matçından paylaşım etdi 12 İyun 2021, 23:57 “Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti 12 İyun 2021, 23:51 Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020 12 İyun 2021, 23:38 Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi 12 İyun 2021, 23:32 “Azərbaycan və Ermənistan arasındakı razılaşmaya görə Qaribaşvilini təbrik edirəm” - Prezident 12 İyun 2021, 23:22 Azərbaycanlı kino aktyoru vəfat etdi 12 İyun 2021, 23:10 “Ərdoğanın Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” - Türkiyə səfiri 12 İyun 2021, 23:03 PKK Afrini atəşə tutdu - çox sayda ölən və yaralanan var 12 İyun 2021, 22:51 Bakıda piyadanı maşın vurdu 12 İyun 2021, 22:34 Danimarka – Finlandiya matçı ilə bağlı qərar verildi 12 İyun 2021, 22:20 ABŞ azad edilən ermənilərə görə Gürcüstana minnətdarlıq etdi 12 İyun 2021, 22:15 “Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır” 12 İyun 2021, 22:04 Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - EKSKLÜZİV- FOTOLAR 12 İyun 2021, 22:01 Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH 12 İyun 2021, 21:56 “Azərbaycan və Ermənistanın jestlərini alqışlayıram” - Şarl Mişel 12 İyun 2021, 21:46 UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama 12 İyun 2021, 21:35 Vilayət Eyvazovdan yeni təyinat 12 İyun 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 12 İyun 2021, 21:09 Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı 12 İyun 2021, 20:56 BMT Baş katibi Consonla müzakirələr apardı 12 İyun 2021, 20:48 "15 erməni mənim və Filip Rikerin iştirakı ilə buraxılıb" - Gürcüstanın baş naziri 12 İyun 2021, 20:33 Şəhriyar Məmmədyarov liderliyini qorudu 12 İyun 2021, 20:20 “İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi  12 İyun 2021, 20:09 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı 12 İyun 2021, 19:54 Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO 12 İyun 2021, 19:48 Ermənistana qaytarılan ermənilərin FOTOSU yayıldı 12 İyun 2021, 19:40 Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək 12 İyun 2021, 19:32 Türkiyə millisi Bakıya gəldi 12 İyun 2021, 19:22 İlham Əliyev müqaviləni təsdiqlədi 12 İyun 2021, 19:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?